"Ne mutlu Türküm diyene." "Bağımsızlık benim karakterimdir."
"İnsanlara hürriyet, milletlere istiklal." "Bir kere yükselen bayrak bir daha inmez."

Haberler


Şehitler Hıyabanı Türk Şehitliği ve Elçibey'in kabri ziyaret edildi.

Müsavat Partisinin kuruluşunun 100. yılı nedeniyle Bakü'de bulunan derneğimiz heyeti 7-8 Ekim 2011 tarihinde yapılan toplantılara katıldıktan sonra Şehitler Hıyabanı, Türk Şehitliği ve Elçibey'in kabrini ziyaret etti.

 

Ziyarete Musavat Partisi genel Başkanı İsa Gamber ve eşi Ayda hanım ile Musavat partisi yöneticileri ve akademik dostlar iştirak etti.

Ziyaret sırasıyla 20 Ocak olaylarında canlarını veren  şehitlerin ziyareti ile başladı. İsa Gamber şehitler hakkında ayrıntılı bilgi verirken kabirlere gelkeneksel karanfil koyuldu.

Daha sonra 15 Eylül 1918 Tarihinde Azerbaycan'a girererek Bakü ve çevresini Ermeni işgalinden kurtaran Türk askeri anısına yapılan 'Türk Şehitliği' ziyaret edildi.

İsa Gamber burada da yaşanan bayrak krizi hakkında ayrıntılı bilgi verdi.


Hıyaban ziyaretinden sonra, bir başka mekanda bulunan Azerbaycan'ın bağımsızlık mücadelesi lideri ve ilk Cumhurbaşkanı Ebülfez ELÇİBEY'in kabri ziyaret edilerek karanfiller arasında saygı duruşu yapıldı. Buradaki ziyaretlerden sonra Azerbaycan'da Sivil Toplumculuğun öncülerinden olan Kadın Hukukları Müdafaa Cemiyeti ziyaret edildi. Burada derneğimiz başkanı Cemil Ünal'a eski musavatçılardan kalan bir belge takdim edildi ve samimi bir ortamda çeşitli ikramlar yapıldı.

Daha sonra, heyetimizden Tuncer Kırhan ve Selçuk Önal Yeni Musavat Gazetesi redaktörü Alesger Süleymanov'un davetiyle geç saatte olsa Noghanı'da bulunan Mehmet Emin Resulzade anıtını ziyaret ettiler.

 Musavat partisinin 100. ylına katılan derneğimizin bu ziyaretinde büyük bir ilgi ve sıcaklıkla karşılamalar yapıldı. Bu nedenle tüm dostlarımıza teşekkürlerimizi borç biliriz.

Sayın İsa GAMBER'in 100.yıl nedeniyle derneğimize gönderdiği mesaj.

Sayın  Cemil Ünal,

Azerbaycan Kültür Derneği Genel Başkanı                                                                Bakü,11 Ekim 2011

Müsavat Partisinin 100-cü yıldönümü günlerinde Siz başta olmakla Azerbaycan Kültür Dernegi üyelerinin Bakü’ye seferi, bu önemli günleri bizimle birlikde olmanız, kutlama törenlerinde konuşmalarınız, mesajlarınız Müsavatçıları ve Müsavatseverleri çok sevindirdi ve bizlere büyük manevi destek oldu.

 Azerbaycan toplumu, özellikle gencler ve ecnebi misafirlerimiz sizin şahsınızda Müsavatın nasıl derin köklü bir parti olduğunu bir daha gördü, anladı.

 Her kes bir daha bildi ki, Mehmet Emin Reslazade’nin  kurduğu Müsavat Partisinin 100 yıllık tarihini büyük şahsiyetler, o cümleden M. Kengerli, A. Karaca ve Sizin kimi  degerli insanlar yaratmışlar.

 20 yıl önce bu kutsal emaneti biz sizlerden aldık. Emin olun ki, Hürriyet ve İstiklal mücadelemiz şerefle devam edecek ve başarıyla sonuclanacak.

  Size ve AKD yonetim üyelerine törenlerde bizlerle beraber olduğunuz için teşekkür eder ve Müsavat ideallerine, Türkiye-Azerbaycan birligine hizmetlerimizi birlikde sürdürecegimize inandığımızı bildiriyoruz. Sevgi ve sayğılarımla,

İsa Gamber

Müsavat Partisi Genel Başkanı

 

 

 

 

 

Yeni Musavat Gazetesinde Genel Başkan Cemil ÜNAL ile yapılan Ropörtaj

Müsavat Partiyasının 100 illiyi ilə bağlı Türkiyədən Bakıya təşrif buyuran Azərbaycan Kültür Dərnəyinin (AKD) başqanı Cəmil Ünal “Yeni Müsavat” qəzetini də ziyarət etdi.

 C.Ünal redaksiyamızda olarkən bir neçə sualımıza da cavab verirken, açıqlamasında kifayət qədər maraqlı məqamlar, ideyalar və çağırışlar var.

 Elçibəy iqtidarında Dövlət Torpaq Komitəsinin sədri vəzifəsini tutmuş Cəmil Ünalla müsahibəni təqdim edirik:

- Cəmil bəy, 18 ildir Azərbaycana gəlmirdiniz. Əvvəla, bunun səbəbi nədir? Və bu qədər müddət sonra Bakıda nələri dəyişmiş gördünüz?

- Bakıdan 18 il öncə ayrılmağımızın və bu müddət ərzində gəlməməyimizin səbəbi bugünkü şərtlərdir. O zaman hazırlanmış bir proje vardı, həyata keçirilməsinə başlanılmışdı. Mən 1993-cü ildə, Bakıdan ayrılmazdan 15-20 gün öncə Ankaraya dostlara - Məhmət Kəngərliyə, Əhməd Qaracaya telefon açmışdım. Onlara bildirdim ki, Azərbaycandakı vəziyyəti heç də yaxşı görmürəm; AXC iqtidarını devirəcəklər. Onlar Türkiyədən Bakıya gəldilər. O zamanlar rəhmətlik Heydər Əliyev artıq Bakıda idi. Onunla 2-3 saatlıq bir toplantı yapdıq. Rəsul Quliyev və digər insanlar da ora qatılmışdılar. Vəziyyəti müzakirə etdik.

Dedik ki, bu torpaq, bu vətən sizindi; baş verən proseslər Azərbaycana heç də fayda gətirməyəcək. Bildirdik ki, Gəncədə baş verən hadisələrin barış, sülh yolu və ya başqa qanuni yollarla qarşısının alınması lazımdır. Toplantıdakı insanlarla anlaşmamız oldu ki, bu müzakirənin səhəri günü Heydər Əliyevlə birlikdə Gəncəyə gedək. Sabah biz çox erkən qalxdıq, bir neçə adam hətta artıq Tərtərə qədər vəziyyəti müşahidə etmək, təhlükəsizlik tədbirləri görmək üçün getmişdilər. Biz də səhər Məhmət bəylə gözlədik ki, Heydər Əliyevlə birlikdə Gəncəyə yola düşəcəyik.

 Lakin bir az sonra bildik ki, onlar bizə xəbər vermədən Gəncəyə gediblər. Biz bundan sonra təkrar oturub rəhmətlik Əbülfəz Elçibəylə bu vəziyyət barədə danışdıq. Ona söylədik ki, çıx televiziyada danış, xalqa müraciət et. Bildirdik ki, bu xalq sizi sevir, çünki siz bu xalqa bir pislik etməmisiniz. Amma bu, nədənsə yapılmadı.

- Sonra nə baş verdi?

- Bizim Elçibəylə bu görüşümüzdən bir gün sonra İsa Qəmbər parlamentin sədri vəzifəsindən istefa verdi. Bu arada bizim müşahidələrimiz onu göstərirdi ki, artıq yapa biləcəyimiz bir iş qalmayıb. İyunun Elçibəylə görüşdük və biz Türkiyəyə döndük. Bundan sonra da Əbülfəz Elçibəy Naxçıvana, oradan da Kələkiyə getdi. Daha o zamandan Bakıya gəlmədik.

- Hansısa bir yasaq vardımı gəlişinizə?

- Yasaq da yox idi, zatən özümüz də gəlmək istəmədik. Biz buradan döndükdən sonra əleyhimizə çox bəyanatlar oldu. Baş verən olaylara görə, bəlkə də bizim düşüncə tərzimiz səbəbindən ürəyimizdən gəlmirdi Azərbaycana səfər etmək. Amma sizlər, arkadaşlar sağ olsunlar, bizim hər zaman Ankarada görüşmək imkanlarımız oldu. Bakıdan gələn arkadaşlar bizimlə görüşürdülər. Aldığımız xəbərlər, ziyalıların müraciətləri bizə buradakı siyasi ab-havanı bəlli edirdi. Amma indi gəldik. Bakıda indi çoxlu binalar tikilib, yaxşı mənzərələr var. Biz o zaman Bakıda olarkən bir “Zoopark” var idi, bir neçə də yeməkxana-filan. Ancaq onda insanlar hüzur içərisində idilər, rahat idilər. İndiki qədər dilxor, rahatsız deyildilər. Gördüyümüz bu oldu.
Bilirsiniz, iqtidarın, dövlətin güclü olmasında müxalifətin önəmli rolu var. Müxalifət yoxdursa, onun səsi çıxmırsa, iqtidarın gücü o nisbətdə də azalır. Bir çox gəlişmələr var, Azərbaycanın neft gəlirləri ilbəil- Stalin hətta onu Moskvaya da aparmışdı...

- Əlbəttə ki, bu, Rəsulzadənin vaxtı ilə Stalinə yapdığı yaxşılığın qarşılığı idi, buna bir şey demirəm. O dönəmdə, əlbəttə ki, Stalinin böyük gücü var idi. Lenindən sonra Sovet iqtidarının ikinci adamı idi. Rəsulzadə o zaman hər bir imkana, məqama sahib ola bilərdi. Amma bolşeviklərə boyun əyən adam olsaydı. Bunu isə etmədi. 1920-ci il hadisələri bundan əvvəlki 120 il ərzində Azərbaycan xalqına qarşı aparılan siyasətin davamı idi. 1804-cü ildə Azərbaycan xalqı Türkiyəyə səslənirdi. O zaman da rus gəlib Gəncənin qapısında dayanmışdı. Bu bayatı həmin sürəci çox yaxşı ifadə edir:

Rus qapıya dayandı,
Körpə balam oyandı.
Xəbər verin türklərə,
Gəncə qana boyandı.

-ci ilə qədər proseslər gedib, bu zaman Azərbaycan işğal edilib. 1917-ci ilə qədər Azərbaycan xalqı çar rejiminin əsarətində pərişan bir ömür sürüb. 1918-də isə Rəsulzadə 120 illik mücadilənin nəticəsi olan bir dövlət qurub. İnsanlara türk kimliyini bəxş edib, türk dilini, soy-kökünü özünə qaytarıb. Rəsulzadənin Azərbaycana və Azərbaycan xalqına etdiyi ən böyük “pislik” budur.

Amma bunun ardından Müsavat hökumətinin yıxıldığını ilk olaraq Leninin özünə müjdə, muştuluq kimi veriblər. 1920-ci ilin 16 mayında Şaumyan və Nərimanov Moskvadan qayıdaraq Azərbaycanın rəhbərləri olub, 28 mayda isə artıq Azərbaycan nefti Rusiyaya axmağa başlamışdı.

Mən bunu yubiley törənində də dedim, 1920-ci ildə bolşeviklərlə əməkdaşlıq edənlər 1918-də “müsavatçıyam” deyənlərə güllə atanlar olmuşdu. Ermənilər, daşnaklar Müsavata düşmən ola bilər, “niyə bizi Rusiyadan ayırdınız” deyənlər ola bilər. Amma 90 sənə sonra bunların Bakıda təkrar olunması çox üzücüdür...

- Cəmil bəy, Bakıya 18 il sonra gəlib, yenə Müsavat düşmənçiliyi ilə rastlaşdınız?

- Bu məni çox üzdü. Müsavatın 100 illiyini layiqincə qeyd etmək yalnız o törənə toplaşanların işi deyil. Müsavat dediyimiz zaman göz önünə bütövlükdə Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan türkü, Azərbaycanın istiqlalı, milli bayrağın dalğalanması gəlir. 1920-ci ildən sonra Azərbaycanı ruslaşdırma dönəmi olub və 70 il davam edib. Bəs indi niyə sovetləşdirməni tərcih edirsiniz? Kaş ki bunun səbəblərini bilsəydik.

- Müsavata qarşı bu ayrı-seçkiliyin, soyuq yanaşmanın qarşılığında yubiley törənində çox önəmli mesajlar verdiniz. Milli məsələlərdə iqtidarla müxalifəti bir olmağa, buna çaba göstərməyə çağırdınız. Cəmil bəy, kənardan Azərbaycanda birlik olmaması çoxmu açıq, aydın görünür? MÜXALİFƏTLƏ BİR ARAYA GƏLMƏK İQTİDARI KİÇİLTMƏZ...”

-Müsavata qarşı bu ayrı-seçkiliyin, soyuq yanaşmanın qarşılığında yubiley törənində çox önəmli mesajlar verdiniz. Milli məsələlərdə iqtidarla müxalifəti bir olmağa, buna çaba göstərməyə çağırdınız. Cəmil bəy, kənardan Azərbaycanda birlik olmaması çoxmu açıq-aydın görünür?

Baxın, bu 18 ildə heç bir dəfə də iqtidarla müxalifətin bir masa ətrafında oturması, televiziyada canlı efirdə müzakirələr aparması, milli məsələlər barədə danışması olmayıb. Siyasi mücadilənizi aparın, amma bu, iç məsələ olmalıdır. Azərbaycada yaşayan insanlara bir güc, birlik hissi vermək üçün bir dəfə Gülüstan sarayında, ya başqa bir məkanda möhtərəm iqtidar müxalifəti çağırıb onunla Qarabağ məsələsi ətrafında danışsın. Olmazmı? Bu iqtidarı kiçiltməz, əksinə, böyüdər.

Və müxalifət nə qədər güclüdürsə, onun güclü olmasına imkan verilirsə, iqtidar da o qədər güclü olacaq. Müxalifəti güclü olmayan toplumda iqtidarın heç bir gücü olmaz. Qorxu ilə, təzyiqlə milləti tərbiyə etməyə qalxmayın. Demokratiya gözəl bir rejimdir, seçənlə seçilən arasındakı dialoqdur. Sizə səs verənlərə qarşı başqa cür hərəkətlərlə davransanız, sonra özünüzə qarşı da bu cür davranış görəcəksiniz. Bundan vaz keçin. Ədalətin gözü bağlıdır, qarşısına gələn insanı tanımaz, qarşısındakı insana kimliyinə, şəxsiyyətinə görə qərar verməz. Ədalət adına qərar verər. Gəlin Milli Məclisi millətin məclisi yapaq.

 Bu barədə düşüncələrinizi, iqtidarla müxalifət arasında uçurumun olması ilə bağlı fikirlərinizi və bunu aradan qaldırmaq təşəbbüsünüzü yazılı halda Azərbaycan iqtidarına çatdırmaq cəhdiniz, niyyətiniz olubmu?

- Artıq biz bu barədə müraciət etmişik. Çoxdan etmişdik. Bu səfəri bitirib Türkiyəyə qayıdan kimi, daha bir məktubu sizin prezidentə yollayacam.

- Yəni o zaman Heydər Əliyevəmi müraciət etmişdiniz?

- Əvət. Çox gözəl bir mətn hazırlayıb yazmışdıq. Azərbaycanı necə görmək istədiyimizi yazmışdıq.

- Həmin məktub Heydər Əliyevə çatdırılmışdımı?

- Bəli, vermişdilər. Ötən il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin anıt qəbrinin açılışını edəcəyimiz zaman hörmətli İlham Əliyevə də bir məktub yazdım. Orada yazmışdıq ki, Məhəmməd Əmin Rəsulzadə müstəqil Azərbaycan yaratmış bir insandır, biz onun qəbrini yenidən yapırıq. Əlbəttə ki, bu həm də sizin işinizdir. Yazmışdıq ki, xanımızla birlikdə Türkiyəyə gəlin, Rəsulzadənin anıt qəbrinin açılışını siz yapın. Çünki bu sizin keçmişinizdir, şərəfli tarixinizdir, bu sizə layiqdir, buyurun gəlin. O zaman prezident özü gələ bilmədi, amma yardımçılarını ora göndərdi. Həmin toplantıya Azərbaycan müxalifətinin təmsilçiləri də gəlmişdi.

Yenə də Rəsulzadənin sayəsində - onun məzarı başında iqtidarla müxalifət birləşdilər. İqtidar və müxalifət təmsilçiləri orada anıt məzarının açılışını müştərək yapdılar. 10 minə yaxın insan da açılış törənində iştirak edirdi. Daha sonra biz bir hoteldə toplantı yapdıq. Azərbaycanın səfiri də orada iştirak edirdi.

Toplantıya qatılan hər kəsə təşəkkürümüzü bildirdik, təmsilçilərlə təkbətək görüşlərimiz, söhbətlərimiz də oldu. Orada Qarabağla bağlı da danışdıq. Bildirdik ki, Qarabağ məsələsinin həllini sanki ruslara vermisiniz. Minsk Qrupunun üç həmsədri var.Rusiya, Fransa və Amerika. Zatən Qarabağı işğal edən Rusiyanın özüdür. İndi ona deyirik ki, babasını öldürdüyün adama vəkillik, vasitəçilik yap. Fransada isə hər məhəllədə qondarma erməni soyqırımına abidələr qoyulub. Amerika isə ermənilərin güclü olduğu bir yerdir. Biz bunu müzakirə etdik, dedik ki, bizə düşən nə varsa, onu da edərik.

 Diaspor olaraq nə lazımsa yapacağıq. Biz 62 ildir bu işin içərisindəyik. O zaman diaspora da yox idi. Amma onda Türkiyədə Azərbaycan davasına aid 50 min səhifəlik bir arxiv var idi. Biz hər zaman bu mücadiləni etmişik, bu gün də edəcəyik. Milli məsələlərdə sayın İlham Əliyev nə düşünərsə - bəlkə yönümdə bir fərqliliyimiz ola bilir, amma bu ayrı bir məsələdir - biz o davanın yanında oluruz, bərabər oluruz.

Amma bizim bir az fərqli düşüncəmiz oradan qaynaqlanır ki, Azərbaycan Qarabağ məsələsini öz məsələsi kimi qoya bilmir. Elə bir təəssürat var ki, sanki 2-3 rayonu boşaldıb Azərbaycana təslim etsələr, məsələ həll olunmuş kimi hər kəs sevinəcək. Amma məsələ bu deyil. 1828-ci ildə 28 min kvadrat kilometr torpağı ermənilər işğal edib.

1920-ci ildə 7 min 500 kvadrat kilometr ərazi işğal edilib. Arxasından isə Qarabağ - 17 min kvadrat kilometr ərazi işğal edilib. Yəni bu gün erməni işğalında 53 min kvadrat kilometrə qədər Azərbaycan torpağı var. Erməni rəhbərləri çıxıb deyirlər ki, Qarabağ məsələsi ermənilərin öz məsələsidir.

Mən başa düşə bilmirəm, hakimiyyət bu 18 ildə ermənilərlə nə danışır? Dışarıda danışalanla içəridə danışılan bir deyil. 2-3 rayonu boşaltdıqları zaman deyiləcək ki, məsələ bitdi? Biz isə deyirik ki, yox, Azərbaycanın bir qarış torpağı ermənidə qala bilməz.

Buna haqqımız yox. Dağlıq Qarabağ Azərbaycanın bir parçasıdır və bunun davası yapılmalıdır. Dünya dövlətləri, əlbəttə, buna qarşı çıxacaqlar. İki il əvvəl belə bir bəyanat oldu ki, ermənilər qısa müddətdə sülhə gəlməsələr, problemi silahlı yolla həll etmək məcburiyyətində qalacağıq. Amma bunu ciddiyə alan olmadı.

 O zaman ya söyləməyin, ya da söylədiyiniz sözün arxasında durun. Bundan sonra söylənilən sözləri kimsə ciddiyə almaya bilməz.

Cəmil bəy, müxalifət bu məsələdə nə edə bilər?

- Müxalifətə öncə, iqtidar qədər olmasa da, ən azı rahat fəaliyyət göstərməsi üçün şərait yaradılmalıdır. Seçkilər normal, azad keçirilməlidir; kim kimə istəyər səs versin. Türkiyədə 1946-cı il seçkilərində bir saxtakarlıq olub. Hələ də Türkiyədə seçki proseslərində həmin məsələ gündəmə gəlir, dedi-qodu ortaya çıxır...

- Bizdə zatən hər seçkidə saxtakarlıq olur...

- Axı insanlar buna çox üzülürlər. Niyə olsun? Varşava Paktına daxil olan iki böyük coğrafiya var. Biri Şərqi Avropa, digəri keçmiş Sovetlər Birliyi ölkələri. İkinciyə daxil olan Baltikyanı ölkələrdə vəziyyət yaxşıdır, onlar Avropa ilə bütünləşib. Çünki Avropanın içərisində sovet zehniyyətinin yaşama şansı yoxdur.

 Amma MDB məkanındakı ölkələrə baxın. Belarus nə gündə, Orta Asiya ölkələri nə gündə. Digər türk cümhuriyyətlərində - Allah onları nəzərdən saxlasın - prezidentlik müddəti 30 il elan edilir, ömürlük yapılır. Onlara baxanda şükürlər olsun, Azərbaycan 50 il öndədir. O zaman niyə bu coğrafiyada Azərbaycanın dünya ilə bütünləşməsi baş verməsin? Niyə burada dialoq olmasın, parlamentar rejim olmasın, gerçək demokratiya qurulmasın?

- Cəmil bəy, siz dünya görmüş bir adamsınız, Elçibəy iqtidarında da təmsil olunmusunuz. Kənardan necə görünür, Azərbaycanda demokratiya, insan haqları, normal, insanları əzməyən, sitəm etməyən bir iqtidar olmayacaqmı? Əgər bu xalq 100 illik partiyaya, bayrağına sahibsə, bu haqqına qovuşa biməyəcəkmi? Biz buna layiq deyilikmi? Bizim milli xarakterimiz budurmu ki, bu sistemi qura bilmirik, yoxsa başqa bir şərtlər var?

 Cəmil Ünal: “Müxalifət dediyin meydanda olmalıdır, xalqla bərabər bağırmalı, hayqırmalı və olanları deməlidir”
“Əgər iqtidara millətə, dövlətə xidmət üçün gəlmisənsə, millətə sayğı duymalısan”

 - Cəmil bəy, siz dünya görmüş bir adamsınız, Elçibəy iqtidarında da təmsil olunmusunuz. Kənardan necə görünür, Azərbaycanda demokratiya, insan haqları, normal, insanları əzməyən, sitəm etməyən bir iqtidar olmayacaqmı? Əgər bu xalq 100 illik partiyaya, bayrağına sahibsə, bu haqqına qovuşa biməyəcəkmi? Biz buna layiq deyilikmi? Bizim milli xarakterimiz budurmu ki, bu sistemi qura bilmirik, yoxsa başqa bir şərtlər var?

- 1917-ci ildə Azərbaycan Qafqazlarda Rusiyadan ayrı bir seçim bölgəsi idi. Həmin il - bolşevik inqilabından öncə burada demokratik bir parlament seçkiləri keçirildi. Məhəmməd Əmin Rəsulzadə və digər insanlar həmin seçkilərdə seçilən gerçək millət vəkilləri idilər. Hansı ki, onlar sonradan Milli Şuranı formalaşdırdılar.

Bu, ən doğru, demokratik seçim idi. 1992-ci ildə Azərbaycanda keçirilən prezident seçkilərində Əbülfəz Elçibəyin alternativi olan Nizami Süleymanov təxminən 40 faiz, Elçibəy 60 faiz səs aldı. Elçibəy istəsəydi özünə 90 faiz səs yazdıra bilməzdimi? Əlbəttə, yazdıra bilərdi. 1917 və 1992-ci ildə Azərbaycanda iki demokratik seçki keçirilib. 1991-ci ildə Azərbaycanda referendum keçiriləndə də biz burada idik. Millət gülə-gülə seçki məntəqəsinə getdi və sovetlərdən ayrılmağa səs verdi. Deməli, bu millətin ruhunda seçmək də var, seçilmək də. Yetər ki, ona bu imkanı versinlər.

 - Yəni problem millətdə, onun xarakterində deyil...

- Bəli, problem millət deyil. Milləti problem kimi ortaya qoymaq millətə böhtan atmaqdır. İqtidarda olanların bu görəvə hansı niyyətlə gəlmələrini yaxşı düşünmələri lazımdır. Əgər iqtidara millətə, dövlətə xidmət üçün gəlmisənsə, millətə sayğı duymalısan. Bu da səsvermə ilə seçilməyin nəticəsində baş verə bilər.

Səs millətin namusudur. Ona görə də buna hörmət edin. Elə etmək lazımdır ki, hakimiyyətdən getdikdən sonra xalqın içərisində gəzmək mümkün olsun. Əgər iqtidardan getdikdən sonra xalq sizi gördükdə qucaqlayarsa, deməli, əsl iqtidar olmusunuz. İnsanları iqtidara biət etdirmək lazım deyil. İnsanlara iqtidarı sevdirmək lazımdır. Biət etdirmək təcrübəsi fironlara aid idi.

- Cəmil bəy, Azərbaycan xalqı sovetlərdən ayrılandan sonra yağışdan çıxıb yağmura düşmüş kimi bir durumdadır. Bu iqtidar Azərbaycanın sərvətlərinə sahib çıxsa da, mənəvi dəyərlərinə sahib çıxmaq istəmir. Sizcə, xalqa bu münasibətin, o cümlədən Müsavat düşmənçiliyinin ideoloji əsası varmı?

 - Hər bir toplumun önündə gedən kəsimlər var. Bunlardan biri ölkənin ziyalılarıdır. İkincisi gənclərdir, gənclər hərəkatıdır, üçüncüsü qadın hərəkatlarıdır. Milli Azadlıq Hərəkatını gözümüz önünə gətirən zaman bunların hamısı Azadlıq meydanında öndə olan kəsimlər idi. Lakin o zamandan bəri Azərbaycanda gənclər hərəkatını, qadın hərəkatını görmürük. Bunların kənarda durmasının səbəbi və ya o səbəbi tapmaq sizə aiddir. Bunun bir təhlilini aparmaq gərəkir. Azərbaycan xalqı ən gözəl, savadlı və demokratiyaya yaxın olan bir toplum

dur. Amma başda duran insanların təsiri çox böyükdür. Və bu bir az da basqıya çevrilirsə, o zaman ölkədə sıxıntı yaşanır. Bunun qarşısının alınması üçün parlament hökumətin nəzarəti altında olmamalıdır. Məhkəmələr ədalətli olmalıdır, hakimiyyətin nəzarətindən çıxmalıdır. Ədalət mexanizmi, prinsipləri şəxsə və ya şəxslərə görə çalışdırılırsa, orada heç bir inkişaf olmayacaq.

 Bir zamanlar bunlar Türkiyədə də yaşanıb və bəzən indi də yaşanır. Amma Türkiyədə buna qarşı müxtəlif tribunalardan bağıranlar var. Bu gün Türkiyədə 131 min dustaq varsa, bunun 60-70 min nəfəri orada niyə oturduğunu bilmir. Amma bunlar yazılır, söylənir, təpki göstərilir. Azərbaycanda da baxıram, münəvvər susub, elm adamı danışmır, hərə çəkilib bir guşəyə. Yalnız bir kəsim örnək olmaqla məşğuldur. Bir çevrə insanı, bir ailəni də nə qədər döyərsən, tutarsan?

Buraxın onu xalq təqdir etsin, onları televiziyalara buraxın. Bu millət çıxış yolunu bula bilməyəcək millət deyil. Sadəcə, ona bir az imkan vermək lazımdır. İmkan vermək lazımdır ki, Milli Məclisi millətin seçdikləri formalaşdırsın. O məclis bir xanədanın hakimiyyəti altında olan qurum olmamalıdır.

Onun içərisində iqtidarı, yanlış qərar verənləri tənqid edənlər olmalıdır. Parlamentin funksiyası budur, oradan səs çıxmalıdır. Parlament iqtidara biət edilən qurum deyil. İqtidara biət edilirsə, o zaman parlamenti qapadıb hər şeyi hökumətin ixtiyarına verin. “Mən təkbaşına çalışırım”, deyib insan haqqını qorumaq mümkün deyil. Əskidən heç Kommunist Partiyası bu cür təkbaşına deyildi. Müəyyən qurumlar, güc sahibləri var idi, onlar qərarlara təsir edirdilər.

İndi isə tək iqtidar var. Parlament də, məhkəmə də, televiziyalar da, digər orqanlar ona təslim edilib. Bəs, haqsızlığı kim dilə gətirəcək? Düzdür, haqsızlıqları Rauf Arifoğlu, Pənah Hüseyn və digər arkadaşlar dilə gətirirlər. Amma onların da səsini, ağzını sıxanlar var. Ona görə də seçimlər düzgün, demokratik olmalı ki, haqsızlığa qarşı gerçək təpki göstərilə bilsin.

- Mövcud rejimin haqsızlıqlarına qarşı ən müxtəlif mübarizə metodları təklif edilir. Onlardan biri də budur ki, bütün problemləri həll etmək, demokratiya əldə etmək üçün ikinci bir Azadlıq Hərəkatına ehtiyac var...

- O hərəkatı kim yapacaq? İndi müxalifət bir otaqdan dışarı çıxa bilmir. Müxalifət dediyin meydanda olmalıdır, xalqla bərabər bağırmalı, hayqırmalı və olanları deməlidir. Müxalifət deməlidir ki, mən adam öldürməyə getmirəm, qan tökməyə getmirəm, haqq səsimi deməyə gedirəm.

Ziyalılar öz odasına çəkilib, gənclik tamamilə özünə qapanıb, fədakar kişilər, xanımlar da bir tikə çörək dərdinə düşüblər, onlardan da səs çıxmır. O zaman bu hərəkata kim başçılıq edəcək? Ya dışarıdan biri gəlib bir yön verib bir iş yapdıracaq, ya da bu sistemə razılaşıb davam ediləcək. Başqa nə ola bilir?

- Cəmil bəy, necə hesab edirsiniz, Azərbaycanda dəyişiklik barış, dialoq yolu ilə olacaq, yoxsa ərəb ölkələrində olanlar kimi, xalqın ayağa qalxması ilə? Konkret bir şey söyləmək olarmı?

- Mənim qənaətim budur ki, süngünün üstündə uzun müddət oturub qalmaq olmaz. Və süngü ilə gələn süngü ilə gedər. Qiyamla gələn qiyamla gedər. Bunun təkrarından qorxmaq lazımdır. Sabah bir çevriliş cəhdi olarsa, iqtidar normal dəyişsin deyənlərin yüzdə doxsanı elə iqtidar düşərgəsindən olacaq. Baxılacaq ki, millət bunu etmək halındadır, o zaman belə söyləyəcəklər. Mən bilmirəm iqtidar necə nəticə çıxarır, nə düşünür, amma süngünün üzərində oturmaq kolay deyil.

Elşad MƏMMƏDLİ

 

 

 

 

 

-           

 

 

 

Müsavat Partisi'nin 100. yılı Bakü'de Geçirildi.

Müsavat Partiyasının 100 illik yubiley tədbirləri sırasında dünən daha bir böyük mərasim keçirildi. Hakimiyyətin yer ayırmaması səbəbindən Müsavatın mərkəzi qərargahında keçirilən yubiley tədbirinə minə yaxın insan qatılmışdı. Bu səbəbdən də yüzlərlə vətəndaş zala daxil ola bilmədi və qərargahın önündə əsl izdiham yaşandı. Bayırdakılar tədbiri binanın qarşısında quraşdırılmış monitor vasitəsilə izləyirdilər. Yubiley mərasimi Müsavatın himninin canlı ifası və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda mübarizədə dünyasını dəyişən insanların, şəhidlərin sayğı duruşu ilə yad edilməsi ilə başlandı.

 Tədbirin aparıcısı Müsavat başqanı İsa Qəmbər bütün müsavatçıları, xalqı Müsavatın 100 illiyi münasibəti ilə təbrik etdi. Müsavat başqanı 100 il ərzində xalqımızın azadlıq və istiqlal uğrunda əzmkar mübarizəsindən danışdı.

Bu ilin yanvarından Müsavatın yüz illiyi ilə bağlı tədbirlər keçirməyə başladıqlarından söz açan İsa Qəmbər dedi ki, yubiley tədbirləri ilin sonuna kimi davam edəcək: “Hakimiyyətin yaratdığı problemlərə baxmayaraq tədbirlərimiz yüksək səviyyədə keçir. Dünən də (srağagün) avropalı müttəfiqlərimizin təşkilatçılığı ilə yüksək səviyyədə tədbir keçirildi. Bugünkü tədbir isə sırf Müsavatın təşkil etdiyi tədbirdir”.
Yubiley mərasiminə Türkiyədən çoxlu sayda qonaqlar qatılmışdı.

 Onlardan ilk çıxış edən Türkiyə Cümhuriyyət Xalq Partiyasının genel başqan müavini Osman Faruk Loğoğlu təmsil etdiyi partiyanın başqanı Kamal Kılıcdaroğlunun Müsavat və İsa Qəmbərə təbrik məktubunu təqdim elədi. Təbrikdə bildirilir ki, 100 illiyini qeyd edib 2-ci yüz ilə başlamaq hər partiyaya nəsib olmur. Müsavat Partiyası elə böyük ideyalara malik partiyadır ki, məhz ona bu böyük tarixə gəlib çatmaq nəsib olub: “CHP Azərbaycanın, Müsavatın hər zaman yanında olacaq”.
Müsavatın Azərbaycanın azadlığı və demokratiya uğrunda keçdiyi mübarizə yolundan danışan Loğoğlu bildirdi ki, Azərbaycan müstəqilliyə cəmi 20 ildir qədəm qoyub və bu müddətdə bir sıra mühüm işlər görülüb. Amma bununla bərabər irəliləməyən tərəflər də var ki, buna nail olmaq lazımdır: “Görülməli iş çox, yol isə uzundur. Bu yolda CHP sizin yanınızda olacaq”.
Tədbirdə Osman Faruk Loğoğlu Türkiyə-Azərbaycan birliyi yolundan səmərəli fəaliyyətinə və Müsavat Partiyasının yaranmasının yüz illiyi münasibətilə İsa Qəmbər tərəfindən təltif edildi.
Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal isə təbrik nitqinə böyük öndər Məhəmməd Əmin Rəsulzadəni və Əbülfəz Elçibəyi anmaqla başladı. C.Ünal bildirdi ki, müsavatçılıq Azərbaycan xalqının gerçək köküdür. Müsavat Azərbaycanın var olmasında, Azərbaycan dövlətinin qurulmasında misilsiz rolu olan partiyadır: “İstərdim ki, Müsavatın 100 illiyi ildönümündə Azərbaycan hakimiyyəti burada olsun.

Çünki Müsavat onların da köküdür. Keçmişdə Müsavata yapılanları bilirik. Bolşeviklər müsavatçıları güllələdilər. Təəssüf ki, 91 il bundan öncə bolşeviklərin Müsavata kini hələ də yaşayır. Bu gün iqtidarda olanlar Müsavata kin bəsləmək, düşmən kimi baxmaq əvəzinə Müsavata sayğı göstərməlidirlər. Əgər onlar burada toplaşan müsavatçıları bəyənmirlərsə, ayrıca olaraq Müsavatı meydanlarda ana bilərdilər. Çünki Müsavat Azərbaycana cümhuriyyət verib. Azərbaycanda siyasi partiyaların yaşaması üçün şərait yoxdur. Müsavat Partiyasına basqılar var. Lakin inanıram ki, Müsavat Azərbaycanda iqtidarın tək hakimi olacaq. Azərbaycan bu gün Rəsulzadə ruhuna sarılıb onun ideyaları ilə iqtidarı idarə etsə, xalq daha xoşbəxt olar.

Mən istərdim ki, bu tədbirdə Azərbaycan iqtidarını təmsil edən insanlar da iştirak etsin. Heç olmasa Müsavatın 100 illiyi ilə bağlı iqtidarla Müsavat Qarabağ probleminin həllində bir araya gəlsinlər. Çünki bu milli davadır. Mən istərdim ki, bu yubiley Azadlıq meydanında keçirilsin, iqtidar bu yubileyi dövlət səviyyəsində keçirilsin. Bir tərəfdə Məhəmməd Əmin Rəsulzadənin, bir tərəfdə Əbülfəz Elçibəyin, bir tərəfdə Heydər Əliyevin heykəli yan-yana olsaydı inanın ki, Məhəmməd Əmin Rəsulzadə onların hər ikisini bağrına basardı... Bu gün iqtidardakılar bilməlidir ki, əyləşdikləri iqtidarın kökündə Müsavatın qanı vardır. Bu dövləti var edən Müsavatdır. Bugünkü şərtlər nə olur-olsun, bilin ki, Azərbaycanın gələcəyi Müsavatındır”.
İ. Qəmbər isə onun çıxışına replika verərək deyib ki, “
əgər iqtidar bura gəlmirsə, biz iqtidara gələcəyik”.
Cəmil Ünal Azərbaycan Kültür Dərnəyinin adından Tuncer Kırhan  terefinden xüsusi hazırlanmış olan menalı mükafatı İsa Qəmbərə tədim etdi.
İsa Qəmbər isə “Türkiyə-Azərbaycan birliyi yönündə yorulmaz fəaliyyətinə və Müsavatın yaranmasının yüz illiyi münasibəti ilə” Cəmil Ünalı xüsusi təltif etdi.
Hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənanyarlı Azərbaycan Kültür Dərnəyinə xüsusi xalça hədiyyə etdilər. Müsavatçıları təbrik edən Səidə Qocamanlı yüz illik münasibətilə bu gündən Müsavat Partiyasına keçdiyini bəyan etdi.
Daha sonra İsa Qəmbər son günlərdə Müsavata üzv olan yüz nəfərə üzvlük vəsiqələrini təqdim etdi. Müsavata yenicə üzv olan gənc yazarlar Elnur Astanbəyli, Əli Əkbər və bəstəkar Elmir Mirzəyevə də üzvlük vəsiqəsi təqdim edildi.
Müsavatı və müsavatçıları təbrik edən AXCP sədri Əli Kərimli dövlətin partiyanın yubiley tədbirini keçirməyə borclu olduğunu bildirdi: “Ancaq yenə də cılızlıqlarını ortaya qoydular. Azərbaycan hakimiyyəti Müsavatın 100 illik yubiley tədbirlərini əngəlləməklə öz cılızlığını göstərdi”. AXCP sədri daha sonra dedi:

“AXCP ilə Müsavatın sıx birliyi var. Dünyada bu qədər bir-biri ilə sıx əlaqədə olan, bir-birinə bağlı olan təşkilatlar tanımıram. Hətta hakimiyyət də bizi ayırmır və bizə böhtan atanda belə "AXCP-Müsavat cütlüyü filan məsələni belə etdi", - deyir. Mən hesab edirəm ki, əgər bu partiyanın başqanı İsa Qəmbər olmasaydı Müsavat Azərbaycanda ən nüfuzlu partiya olmazdı. Asan deyil avtoritar rejim şəraiti olan ölkədə əqidəsinə sədaqətlə, yolundan sapmadan 20 ilə yaxın uzun bir yol qət eləmək. İsa bəyin xidmətlərini qeyd etməliyik. Bu hakimiyyətin isə perspektivi yoxdur. Onların sonu gələcək. Artıq bu ölkədə avtoritarizmin perspektivi yoxdur". Əli Kərimli “AXCP hər zaman öz gələcəyə yönəlik planlarını quran zaman müttəfiqi olan Müsavata güvənir, arxalanır”, deyə fikrini tamamladı.
Tədbiri binanın həyətindən monitorla izləyənlər “AXC-Müsavat” şüarları ilə Əli Kərimlinin çıxışını alqışladılar.
Türkiyə Demokrat Partiyasının sədr müavini Mecid Hazır isə çıxış edərək həm öz təbriklərini, həm də təmsil etdiyi partiyanın başqanı Namik Kamal Zeybəkin təbrikini Müsavat Partiyasına çatdırdı.
Başgan mavini Mecid Hazır Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə və Müsavatın yüz illiyi münasibətilə İsa Qəmbər tərəfindən təltif edildi.
Keçmiş baş nazir Pənah Hüseyn isə İsa Qəmbər “partiya biletsiz bir nömrəli müsavatçı” olaraq təqdim etdi. Pənah Hüseyn təbrik nitqində Azərbaycan Xalq Cümhuriyyətinin 2018-ci ildə yüz illiyinə qədər ölkəmizin demokratikləşməsi zərurətindən də danışdı: “Müsavat Partiyası Azərbaycana Xalq Cümhuriyyətini verib. İndi qalır demokratiyanın bərqərar olunması. Onu da Müsavat, demokratik qüvvələr 2018-ci ilədək etməlidir.
P.Hüseyn müsavatçılıq və Müsavat Partiyası haqqında ayrıca qanunun qəbul edilməsinin zəruriliyini qeyd etdi:
“Bu qanunla Müsavat və müsavatçılıq Azərbaycan xalqının milli irsi elan olunmalıdır. 2018-ci ildə Azərbaycanın demokratik, inkişaf etmiş ölkə olması üçün bu gündən mübarizəmiz başlamalıdır. Hədəfə nail olmaq üçün 2013-cü ildə demokratik qüvvələr hakimiyyətə gəlməlidir”.
Sonra İsa Qəmbər tədbirdə iştirak edən nüfuzlu ziyalıları, akademik Rafiq Əliyevi, Abbas Abdullanı, həmçinin mərhum müsavatçı İbrahim Bayandurlunun atası Kərim bəyi salamladı. Dünyasını son illərdə dəyişmiş müsavatçıları ehtiramla yad etdi.
Azərbaycan Kültür Dərnəyinin baş katibi Tuncer Kırhan, müsavatçıların qəhrəmanlıqlarından danışdı. Bu gün də müsavatçıların şanlı mübarizə yolunu davam etdirdiyini deyən Tuncer.Kırhan bildirdi ki, ‘
Türkiyə Cümhuriyyətinin əsası  dönemin hökümetinin tazzik ve tehkirine baxmayarak Sivasda bir litseydə toplanmaynan qoyulub. Müsavatın çox yaxında iqtidara gəlişinin özülü də bu gün bu salonda atıldı.’’
AMİP sədri Yusif Bağırzadə Müsavatı təbrik çıxışında bəyan etdi ki, Müsavat Azərbaycanın tarixidir, Azərbaycanın siyasi həyatında birinciliyi tutur:

Azərbaycan dövlətinin yaradılmasında Müsavatın müstəsna rolu olub. AMİP bu gün Müsavatla əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Müsavata və onun başqanına eşq olsun”.
Azərbaycan Kültür Dərnəyinin Mərkəzi İdarə Heyətinin üzvü Səlcuq Önal təbrik nitqində Arif Hacılı başda olmaqla həbsdə olan bütün müsavatçıları aslan adlandırdı:
“Eşq olsun bütün müsavatçılara. Arif Hacılı və silahdaşlarının həbsdə saxlanması təəssüf doğurur. Müsavatın gətirdiyi istiqlaldan bəhrələnən Azərbaycan iqtidarının müxalifətə basqıları qorxunun nəticəsidir”.
Azərbaycan Kültür Dərnəyinin Bursa şöbəsinin rəhbəri xanım Handan Askeran Ton çıxışında Məhəmməd Əmin Rəsulzadə, Mustafa Kamal Atatürk və Əbülfəz Elçibəyin türk dünyası üçün xidmətlərindən, Müsavat Partiyasının tarix yazdığından söz açdı: “Müsavatı sıxışdıranlar bilməlidir ki, Müsavat Partiyası 100 il öncə vardı, bu gün də var və gələcəyimizdə də məhz Müsavat olacaq. Müsavat hakimiyyətə gələcək”.
Tuncer Kırhan, Səlcuq Önal, Handan Askeran Ton, İsa Yaşar Tezel və Xanım Xəlilova da Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə və Müsavatın yüz illiyi münasibətilə İsa Qəmbər tərəfindən təltif edildi.
Azərbaycanın İstanbuldakı sabiq konsulu, stajlı müsavatçı Abbas Abdulla, şair Teyyub Qurban təbrik çıxışı etdilər. T.Qurban bildirdi ki, bu günkü hakimiyyətdəkilər Müsavata bolşeviklərdən də betər münasibətdədirlər: “
Belə bir iqtidar hakimiyyətdən getməlidir”.
İsa Qəmbər Arif Hacılı və digər həbsdə olan müxalifətçilərdən, müsavatçılardan, danışdı. Onların Müsavatın yubileyinə görə daha çox təbriklərə layiq olduğunu bildirdi. Eyni zamanda qeyd etdi ki, onlar həbsxanadan Müsavata təbrik məktubu göndəriblər.k
Müsavat başqanının müavini Tofiq Yaqublu Arif Hacılının həbsxanadan Müsavat Partiyasının yubileyi münasibətilə göndərdiyi təbrik məktubunu təqdim etdi. Təbrik məktubu alqışlarla qarşılandı.
Türkiyədə mühacirətdə yaşayan azərbaycanlı Xanım Xəlilova isə qardaş ölkədən millət vəkillərinin, tanınmış ictimai-siyasi xadimlərin yazılı təbriklərini təqdim etdi. O bildirdi ki, Türkiyədə Böyük Millət Məclisinin sessiyası başladığından təbrik müəlliflərinin əksəriyyəti yubiley tədbirlərinə şəxsən qatıla bilməyiblər. Müsavata göndərilən təbrik məktubları sırasında MHP millət vəkili Atilla Kayanın, Türkiyə Akademisianlar Birliyinin başqanı Şükrü Koçun, Türkiyə Qadınlar Birliyinin də təbrikləri var.
İsa Qəmbər isə digər dövlətlərdən göndərilən təbrik məktublarının müəlliflərinin adlarını çəkdi. Məlum oldu ki, Ukraynadan daha çox təbrik gəlib. Sabiq prezident Viktor Yuşşenko, sabiq xarici işlər naziri Boris Tarasyuk, Ukrayna Xalq Partiyasının sədri, deputat Nikolay Koterinçuk Müsavata təbrik məktubları ünvanlayıblar. Belarus müxalifətinin lideri Aleksandr Milinkeviç də Müsavat Partiyasına təbrik məktubu göndərib. Güney Azərbaycandan da çoxlu sayda təbriklər ünvanlanıb.
BAB İdarə Heyətinin sədri Aqil Səmədbəyli, ədəbiyyatçı alim Nüşabə Sadıxlı və Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə də tədbirdə çıxış edib Müsavat Partiyasını təbrik etdilər. R.Rəsulzadə bildirdi ki, Müsavat bütün Azərbaycanın partiyasıdır, dözümlülük simvoludur. Müsavatın mübarizəsi bəhrəsini verib və bundan sonra da verəcək.
Müsavat Məclisinin sədri Arzu Səmədbəyli əqidədaşlarını təbrik etdi.
Müsavat başqanı İsa Qəmbər sonda bəyan etdi ki, yubiley tədbirləri yaxın günlərdə də davam edəcək. Çoxlu sayda müsavatçılar fəxri fərmana layiq görülüblər. Növbəti tədbirlərdə təqdimatlar olacaq.
Yubiley mərasimi Azərbaycanın dövlət himninin ifası ilə yekunlaşdı.

 

 

Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal jurnalist Könül Şamilqızının suallarını cavablandırıb. “Media forum” saytı müsahibəni təqdim edir.

- Rəsulzadənin qurduğu dərnəyin başqanı, Rəsulzadənin yaxın mübarizə dostlarını yaxından tanıyan bir insan və Müsavat Partiyasının tarixini bilən şəxs olaraq Sizdən müsavatçılığın tərifini almaq istəyirəm. Nədir müsavatçılıq?

- Buna cavab vermək üçün, əvvəla, Müsavatın qurulduğu dönəmi yaxşı anlamaq lazımdır... 1905-ci il rus müstəmləkəçiliyindəki xalqlar, eləcə də Azərbaycan xalqı üçün qırılma nöqtəsidir. O tarixdə Azərbaycan istər kadr potensialı, istər maariflənmə, istər də sosial və siyasi hərəkatlar baxımından önəmli bir nöqtəyə gəlib. Yenə eyni dönəmdə daşnak hərəkatı Azərbaycanda böyük qətliamlar törədib. Bu olaylar içərisində Müsavat Partiyası doğulub.

Təbii ki, Müsavat Partiyasının ilk doğuşu ilə sonrakı gəlişmələr arasında çox böyük fərq var. Müsavat ilk zamanlarda bir növ islamiyyətə dayanan, millətin yerinə ümmətin, türklüyün yerinə islamiyyətin qoyulduğu bir proqrama sahib idi. Yalnız bunu xüsusi qeyd eləmək lazımdır ki, Məhəmməd Əmin Rəsulzadə özünü inkişaf etdirən, yetişdirən və Müsavatı, milli kimliyi yaradan böyük bir dövlət adamıdır. Müsavata kimlik qazandıran, Müsavatı Müsavat edən, Müsavatı Müsavatla qucaqlaşdıran Rəsulzadədir. Rəsulzadəni də yaradan Rəsulzadənin şəxsən özüdür, başqası deyil. Çünki o hələ 20 yaşında istiqlal uğrunda mübarizəyə başlayır.

Daha sonra İrandakı olaylar başlayır, Türkiyədəki ikinci məşrutə olayı yaşanır. Bunlar Azərbaycanla Türkiyə arasındakı münasibətləri inkişaf etdirən önəmli olaylardır. O tarixə qədər Türkiyə ilə Azərbaycan arasında münasibət yox kimiydi. Rəsulzadənin kimliyində önəmli dəyişiklik İstanbulda başlayır. 1911-ci ildə İran hərəkatından İstanbula gəldiyi zaman ətrafında türkçülüklə, milliyyətçiliklə iç-içə olan bir qrup insanla - Cəmaləddin Əfqani, Ziya Göyalp, Yusuf Akçura, Hüseyn bəy Əlizadə, Əhməd Ağaoğlu ilə tanış olub. O insanlarla ünsiyyətdə olduğu aylar içərisində Rəsulzadə həqiqi kimliyini tapır və Azərbaycana qayıtdığı zaman da bu kimliyi Müsavata daşıyır.

Müsavat Azərbaycanda doğulub, amma bu ocaqda, Azərbaycan Kültür Dərnəyində böyüyüb, gəncliyini və kamilliyini burada yaşayıb. Müsavata və müsavatçılığa qısa bir tərif verəsi olsaq, müsavatçılıq Azərbaycan türkünün kimliyidir, Azərbaycan türkünün müstəqillik hərəkatıdır. Azərbaycan xalqının millət olma dəyişiminin nöqtələndiyi bir hərəkatdır. Rəsulzadə Müsavatı gerçək mənada şəkilləndirib, istər millət anlayışında, istərsə də ümmətdən türklüyə keçid anlayışında önəmli tərəqqiyə nail olub. Kimsənin bu haqda danışa bilmədiyi dönəmdə Rəsulzadə Müsavat kimliyini bir neçə cümlə ilə gözəl ifadə edib. O zamana qədər türklüyü inkar edən bir toplum öncə “biz türkük”, sonra da xalqa müraciətlə “siz türksünüz” deyərək Azərbaycan xalqının kimliyini ortaya qoyub.

Daha sonra Rəsulzadə Müsavatın və millətinin taleyində mühüm rol oynayan hərəkatın başında yer alıb. Bilirsiniz, 1917-ci ilin aprelində Qafqaz xalqlarının birinci qurultayı toplanıb. Bu qurultayda başda Rəsulzadə olmaqla Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov Azərbaycanın gələcəyinə yönəlik proqramı ortaya qoyublar. Hətta bu proqram 11 may 1917-ci ildə Moskvada toplanan Rusiya müsəlmanları qurultayında da müzakirə edilib. Rəsulzadənin Azərbaycan və rus hakimiyyəti altındakı digər türklərin və bütün müsəlmanların gələcəyini planlaşdıran proqramı ətrafında müzakirələr aparılıb və o proqram 446 səslə qəbul edilib.

Daha sonra bolşevik inqilabı ilə bərabər Azərbaycanda hərəkətlilik başlayıb və ilk mərhələdə Rəsulzadə Rusiyadan ayrılma siyasətini gündəmə gətirməyə başlayıb. Bu istəyini də Mavərayi Qafqaz (Cənubi Qafqaz - red.) hökumətini Rusiyadan ayırmaqla həyata keçirərək həqiqi dövlət adamlığını ortaya qoyub. Azərbaycan istiqlalında ən böyük rolu oynayan Məhəmməd Əmin Rəsulzadə və Müsavat olub. Çünki o zaman bəzi kütlələr Rusiyadan ayrılmamağı, bir növ mədəniyyət alış-verişi içərisində rus hakimiyyəti altında qalmağı siyasət zənn edərək bunu müdafiə edirdilər. Amma Müsavat və Rəsulzadə həqiqi istiqlalı, Azərbaycanın müstəqilliyini müdafiə edən tək qüvvə olub. Bu siyasəti də bolşevik inqilabından sonra addım-addım həyata keçirməyə başlayıb.

Tiflisdə olduqları zaman Rəsulzadə Türkiyə ilə münasibətləri inkişaf etdirib. İstər Trabzon, istərsə də Batum konfransında həqiqi mənada Azərbaycan istiqlalına bir qapı aralayıb. Və 28 mayda Rəsulzadə Batumda artıq Türkiyə ilə Azərbaycan məsələlərini müzakirə edirdi. Amma orada xalqın rəyi ilə seçilmiş millət vəkilləri təmsil olunurdular. Onlar 1917-ci il inqilabından əvvəl seçilmişdilər və həmin seçkidə Müsavat səslərin 75 faizini almışdı. Mavərayi Qafqaz hökumətində də ən çox çəkisi olan qüvvə müsavatçılar idi. O zaman Hümmət təşkilatı, sosialistlər və başqaları istiqlal istəyənlərlə birlikdə hərəkət etməyiblər. Onlar hər zaman gürcülərlə və menşeviklərlə birgə hərəkət ediblər. Amma Rəsulzadə inadla Azərbaycanın istiqlalını müdafiə edib. Sonra da Maverayi Qafqaz hökumətində təmsil olunan millət vəkillərinin yaratdığı Milli Şuranın sədri seçilib...

- Rəsulzadənin Azərbaycanın istiqlalının elan edildiyi toplantıda iştirak etməməsi davamlı bir spekulyasiya mövzusudur. Onun Azərbaycan istiqalındakı rolunu azaltmağa çalışan kəsim zaman-zaman “Qafqazda bir müstəqillik hərəkatı onsuz da vardı və Rəsulzadə də bu hərəkatda yer alan isimlərdən sadəcə biriydi” fikrini cəmiyyətə yeritməyə çalışır. Əlbəttə ki, Nəsib bəy Yusifbəylinin, Fətəli Xan Xoyskinin, Topçubaşovun, digərlərinin çox önəmli rolu var və bu insanların hər biri şərəfinə heykəl qoyulmağa layiq olan şəxslərdir. Amma “Rəsulzadə bu şəxslərdən sadəcə biriydi” fikri onların rolunu qeyd etmək üçün deyil, Rəsulzadənin rolunu azaltmaq üçün vurğulanır. Siz isə Rəsulzadə o insanlardan birincisiydi deyirsiniz...

- Kaş ki, Məhəmməd Əmin Rəsulzadəyə elə baxanlar 1917-ci ilin aprelində keçirilən Qafqaz xalqlarının qurultayının stenoqramlarını oxuyaydılar. Kaş ki, Moskvadakı Rusiya müsəlmanları qurultayında müzakirə olunan, Məhəmməd Əmin bəyin qəbul etdiyi Azərbaycan istiqlalına dair proqramı oxuyaydılar. Bu da yetməsə, Müsavat Partiyasının qurultaylarındakı proqramları oxuyaydılar. Oxusalar, görəcəklər ki, digərlərinin ağıllarında olmayan istiqlal fikrini onlara qəbul etdirən Rəsulzadə olub. Onların bir qismi heç bir zaman Rusiyadan ayrılmağı düşünməyib, rus hakimiyyətində qalmağı müdafiə edib.

İstiqlal elan edildiyi zaman iki kəsim vardı - Azərbaycan, Qafqaz kəsimi və Xəzər ölkəsi, türk dünyası, yəni Türküstan. Türküstan müstəqilliyini elan etmək üçün Azərbaycandan daha əlverişli coğrafiyaya sahib idi. Rusiyadan uzaq idi. Amma onlar azadlığa qovuşa bilmədilər, dövlət qurmağı bacarmadılar. Niyə ən pis şərtlər içərisində, ən problemli coğrafiyada yerləşən Azərbaycanda Rəsulzadə dövlət qura bildi? Çünki Türküstanda milli birliyi təsis edəcək kadr potensialı da yoxudu, lider də yoxudu. Azərbaycanda isə önəmli olan kadrlarla yanaşı Məhəmməd Əmin bəy kimi lider vardı və bu, istiqlalın əldə edilməsində çox böyük rol oynayıb.

28 mayda Məhəmməd Əmin bəy Azərbaycan istiqlalını xilas etmək üçün Batumdaydı. Çünki o zaman Bakı Şaumyanın idarəçiliyi, işğalı altındaydı. Rəsulzadənin Batumdakı mübarizəsi Azərbaycan istiqlalının orderidir, gələcəyidir, təminatıdır. Tiflisdəki millət vəkilləri də bu fikirlərinə, həqiqi dövlət adamı olmasına görə özünün iştirak etmədiyi toplantıda onu Milli Şuraya sədr seçiblər.

Rəsulzadə Azərbaycanın ilk və qurucu dövlət başçısıdır. Bunu inkar etmək mümkün deyil. Müsavat bu gün də Azərbaycanda nəhəng bir çinar kimi ayaqdadır. Müsavat millətin ürəyində, qəlbindədir. Amma təəssüf ki, Azərbaycandakı sistem və rejim türklüyə əsaslanan bir fikrin 100 illik çinarı olan Müsavatı qısqanır.

- Sizinlə daha əvvəlki söhbətlərimizdən də diqqətimi çəkən bir nüans var, Müsavatın Azərbaycan-Türkiyə münasibətlərinin yaranmasında və inkişafında istisna rol oynadığı fikrini irəli sürürsünüz və Rəsulzadənin Azərbaycana türkçülük anlayışını gətirdiyini deyirsiniz.  Ümmətdən türkçülüyə, sonra milli təsanüdə keçidin hekayəsini anlatmanızı istəyirəm. Müsavat bu gün o qədər çox dəyəri bir araya gətirən bir ideologiyaya sahibdir ki, çox rahatlıqla bu partiyaya sağçı da demək mümkündür, solçu da, liberal da, milliyyətçi də...

- Bilirsiniz, 1911-ci ildə Müsavatın türk milliyyətçiliyini açıq şəkildə ortaya qoyması mümkün deyildi. Müsavat o tarixdə bir qayəyə xidmət üçün qurulmuşdu. İstiqlallarını itirmiş müsəlmanların bir-birinə yardım etməsi və çarlıq rejimini yıxmaq üçün kiminlə olur-olsun əməkdaşlıq etmək Müsavatın ogünkü hərəkət nöqtəsiydi. Bu hərəkət nöqtəsindən çıxış edərək də solçularla, hətta kommunistlərlə, Hümmət Partiyası içərisindəki bir qrup insanlarla o amala çatmaq üçün əməkdaşlıq edilmişdi. Bu, dünyanın hər yerində var. O zaman ən böyük hədəf rus hakimiyyəti altında olan türk və müsəlmanların çar Rusiyasından qurtulması idi. Müsavat Partiyasına bəzi sifətləri yapışdıranların o şərtləri bilmələri lazımdır.

Amma 1915-ci il tarixinə gəlindiyi zaman müsavatçılığı və Rəsulzadəni anlama qabiliyyətində olanlar Müsavatın hansı nöqtəyə gəldiyini, Rəsulzadənin xalqı hansı fikirlər ətrafında topladığını bilməlidir. Bunu Azərbaycanda yaşayanlar bizdən daha yaxşı bilməlidirlər. Çünki verdiyi bəyanatlar, yazdığı məqalələr, kitablar ortadadır. Bayaq da dedim, Rəsulzadə özünü yeniləyən, inkişaf etdirən və özünü yaradan böyük bir dövlət adamıdır. Bu, hər insana nəsib olmaz ki, həm özünü inkişaf etdirsin, həm yeniləsin, həm də belə bir dövlət adamı yaratsın. Məhəmməd Əmin Rəsulzadə bunları edə bilib.

Sonrakı olaylarda da Məhəmməd Əmin bəyin böyüklüyü ortaya çıxır. Bilirsiniz, 28 mayda Tiflisdə qurulan hökumət iyunun 17-də Gəncəyə gəldi.  Biz indiyə qədər dilə gətirmirik, amma o tarix həm də Azərbaycan milli hərəkatı içərisində qırılma nöqtəsidir. İşğal altındakı Bakını xilas etmək üçün Türkiyə ilə imzalanan müqavilənin dördüncü bəndinə uyğun olaraq türk ordusu, yəni Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusu Azərbaycana gəlmişdi. Əslində bunları danışmaq da istəmirik, amma Rəsulzadənin kimliyi ilə bağlı olduğu üçün bir neçə cümləylə ifadə etmək istəyirəm. O tarixdə Rəsulzadə də Azərbaycana qayıdır, Nuru Paşa da Gəncədədir. O, Azərbaycan hökumətinin tələbi ilə Azərbaycana gəlib. Yəni Azərbaycan hökumətinin əmrindəki bir ordudan söhbət gedir və deməli, hökumətlə siyasi həmrəylik içərisində olmalıdır. O tarixdə Milli Şura sədri Məhəmməd Əmin Rəsulzadə, baş nazir Fətəli Xan Xoylu və xarici işlər naziri Həsən Hacınski Nuru Paşa ilə görüşə gedirlər. Amma Nuru Paşanın onlara verdiyi cavab iki dövlət arasındakı münasibətə uymur, deyir ki, “Mən sizinlə danışmıram, tərəf-müqabilim deyilsiniz, siyasi müşavirim Əhməd Ağaoğlu ilə danışın”.

O zaman Milli Şura toplanmış, Hümmət Partiyası və sosial demokratlar da hökumətdən ayrılmışdılar. Bu durumda istiqlal yox ola bilərdi. Amma Məhəmməd Əmin Rəsulzadə və Nəsib bəy Yusifbəyli orada gerçək dövlət adamlığı göstəriblər. Soyuqqanlılığı qoruyaraq Azərbaycanın əldə etdiyi istiqlalı təhlükəyə atmayıblar. Çünki Əhməd Ağaoğlunun təklifi heç olmayacaq bir təklif idi. O, “Milli Şura özünü buraxsın, hökumət istefa versin, Nuru Paşanın istədiyi kimi yeni hökumət qurulsun” deyirdi...

- Niyə? Səbəb nəydi?

- Çünki Azərbaycanda Nuru Paşanın ətrafına bəzi cahillər toplaşmışdılar. Onlar deyirdilər ki, Osmanlı şəriətə dayanan bir dövlətdir, biz bu dövlətdən yardım alırıqsa, cümhuriyyətə, istiqlala nə ehtiyacımız var, gəlin Osmanlı ilə birləşək. Bunu deyənlərin içində böyük dövlət adamları da vardı, mən adlarını çəkmək istəmirəm. Hətta elə məqamlar olmuşdu ki, onlar rus hakimiyyəti altına girməyi də müdafiə etmişdilər.

- Bunlar istiqlal hərəkatında yer alan isimləriydi?

- Təəssüf ki, bir qismi istiqlal hərəkatının içində, çölündə, ortasında olmuşdular... O zaman Məhəmməd Əmin Rəsulzadə Nuru Paşanın və Əhməd Ağaoğlunun təklifi qarşısında soyuqqanlılığını pozmayıb və Azərbaycanın istiqlalına zərər gətirməmək üçün bunu sinəyə çəkib. Müsavatın nüvəsini təşkil etdiyi Milli Şura tətilə gedib və Nuru Paşa ilə anlaşaraq 12 nəfərdən ibarət yeni Nazirlər Kabineti qurulub. Bu kabinetdə müdafiə naziri olmayıb. Hər halda Nuru Paşa əsgər olduğu üçün buna gərək görməyiblər. Yəni Məhəmməd Əmin Rəsulzadənin xidməti yalnız Azərbaycanın istiqlalı deyil. Ondan sonra hökumətin 23 ay davam etməsi də Rəsulzadənin xidmətidir. Bu da Rəsulzadənin dövlət adamlığının nəticəsidir.

- Yəni deyirsiniz ki, Rəsulzadə o zaman fərqli davransaydı, Azərbaycan istiqlalını daha öncə itirərdi?

- Əlbəttə. Rəsulzadə də sosial demokratlar kimi, yaxud Hümmət Partiyası mənsubları kimi davransaydı, Azərbaycan istiqlalının davam etməsi mümkün deyildi. 1920-ci ilin aprelinə qədər Azərbaycan iqtidarı davam edibsə, bu, Rəsulzadənin dövlət adamlığının nəticəsidir. Bunu yaxşı bilmək lazımdır. O tarixdə Milli Şura və Müsavat Azərbaycanın istiqlalı üçün geri çəkildi, amma buna baxmayaraq 1920-ci ildə Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın istiqlal davasını dünyaya çatdırmaq üçün bir heyətlə İstanbul konfransına gəldi. Yəni o məsələni orada unutdu, kin halına gətirmədi. Özünə edilən o haqsızlığa heç vaxt əhəmiyyət verməyib.

Azərbaycanda bu olaylar davam edərkən Osmanlı ilə ixtilaf dövlətləri arasında Mudros müqaviləsi imzalanıb və Azərbaycanın arxasındakı ən böyük güc olan Osmanlı dövləti yenilib. Mudros müqaviləsinin iki önəmli maddəsi var - 11 və 15-ci maddələr. Bu iki maddə də bir neçə baxımdan Azərbaycanı maraqlandırırdı. Birincisi, türk ordusu Azərbaycan da daxil olmaqla bölgədən dərhal çəkiləcəkdi. İkincisi, Osmanlının əlindəki dövlət dəmir yolları - yəni Batum yolu dərhal ingilislərə təslim ediləcəkdi. Üçüncüsü, Bakı yenidən işğal edildiyi zaman Osmanlı dövləti buna heç bir etiraz etməyəcəkdi.

Mudrosda bu müqavilə imzalandıqdan sonra Azərbaycanı da ingilislər işğal etdi. Sonra nə oldu? 1918-ci ilin noyabrında xalqın ehtiyacı olduğu üçün yenidən Milli Şura fəaliyyətə keçdi və yenidən parlamenti açdılar, yeni seçki qanunu hazırladılar. Günü bu gün də minlərlə xalqın uğrunda can verdiyi seçki sistemi hazırlandı. 120 millət vəkilindən ibarət parlament seçildi, o parlamentdə ruslar, ermənilər, gürcülər, yəhudilər və digər xalqlar təmsil edildi. Hələ bizim parlament də daxil olmaqla bir çox ölkələr bunun mübarizəsini aparırlar, bütün xalqların nümayəndələri orada təmsil olunsun deyə. Bunların hamısını ortaya qoyan Məhəmməd Əmin Rəsulzadə idi. Biriləri 100 il sonra belə Məhəmməd Əmin Rəsulzadənin ortaya qoyduğu fikrin kölgəsinə gələ bilməyiblər. Amma o hökumət o gün o şərtlər altında Bakını işğal edən ingilislərlə dialoq nəticəsində istiqlalı davam etdirə bildi. Yəni Milli Şura sədri olaraq tətilə göndərdikləri, əhəmiyyət vermədikləri Rəsulzadəyə bir müddət sonra ehtiyac duydular. “Gəlin bizi qurtarın” dedikləri Milli Şura fəaliyyətə başladı, Məhəmməd Əmin bəy də onun başında istiqlal mübarizəsini davam etdirdi.

O, irəlini görən bir adam idi. Oradakı kommunistlərlə, bolşeviklərlə əməkdaşlıq içərisində olanların irəlini görə bilmədikləri ortadadır. Halbuki Rəsulzadə onları inandırmaq, onlara doğru yolu göstərmək üçün fövqəladə səy göstərirdi.  Onun fikirlərinin təməlində müsavatçılıq vardı. Müsavatçılığın təməlində istiqlalçılıq var, müstəqillik var, insan haqları var, hüquq var. Müsavata kin duyanlar niyə duyurlar, bilirsinizmi? 1905-ci ildə erməni daşnakları Azərbaycanda böyük qətliam törətmişdi. Bunun qarşılığında gücü olmayan xalqı müdafiə üçün Əhməd Ağaoğlu, Nəsib bəy Yusifbəyli kimi insanlar Difai təşkilatını qurdular. Difai təşkilatı həqiqətən erməni daşnaklarına qarşı ən böyük milli mübarizəni aparan təşkilat halına gəldi. 1908-ci ildə Əhməd Ağaoğlu təzyiqlər səbəbilə Azərbaycanı tərk edərək Türkiyəyə sığınmaq məcburiyyətində qaldı. Və Difai başsız qaldı.

Müsavat qurulduqdan sonra Difai təşkilatının bütün vətənpərvər insanları onun ətrafında birləşib. Və Məhəmməd Əmin bəyin başqanlığı ilə milli mübarizə davam edib. İndi Müsavata əsəbiləşənlər bunun üçün əsəbiləşirlər. Müsavatın ermənilərə qarşı mübarizəsinə əsəbiləşirlər. 1920-ci ildə bolşeviklər gəlib Azərbaycanı işğal etdiyi zaman çox sayda partiya vardı. Amma bu partiya mənsublarına toxunulmadı. Bütün fəlakətlər Müsavatın və müsavatçıların başına gəldi. Ən böyük itkini verən müsavatçılar oldu. Çünki onlara qarşı böyük kin vardı. Niyə Müsavat bizi Rusiyadan ayırdı deyirdilər? Niyə Müsavat milli dövlət, cümhuriyyət qurdu? Azərbaycanda da şəriət istəyən çox sayda insan vardı. Müsavat olmasaydı, Azərbaycan çox öncədən bolşevik dövləti olacaqdı. Bolşevikliyin qarşısını kəsən Müsavat oldu. Bütün kinin, nifrətin səbəbi budur.

- Bundan çıxış edib müsavatçılıq Azərbaycanın milli kimlik ideologiyasıdır deyə bilərikmi?

- Müsavatçılıq Azərbaycan türkünün xarakteridir.

- Və bu xarakteri də formalaşdıran Məhəmməd Əmin Rəsulzadədir deyirsiniz...

- Bəli. Təbii ki, mübarizə yoldaşları da var. Fikir baxımından xalqı aydınladanlar da yox deyildi. Amma ogünkü şərtlər içərisində bu fikirləri cəsarətlə, inanaraq ortaya qoyan Məhəmməd Əmin Rəsulzadədir. Siz öz xarakterinizi müsavatçılıqda tapacaqsınız, başqa yerdə tapa bilməzsiniz. Müsavatçılıq Azərbaycanın taleyidir.

- Sizə görə, ideoloji baxımdan əski Müsavat hardaydı: soldamı, sağdamı, mərkəzdəmi?

- Kim nə deyirsə desin, o zaman solçu kəsimdə belə türkçülük vardı...

- Nəriman Nərimanovla bağlı da deyirlər bunu...

- Nəriman Nərimanovun səhvi irəlini görmə qabiliyyətinin olmamasıydı. Allahdan sonra Leninə inanan adam idi.

- Yeri gəlmişkən, bir mötərizə içində Nərimanov haqda fikirlərinizi bilmək istərdim. Çünki Nərimanov da mübahisəli fiqurlardan biridir. Bəzilərinə görə, Nərimanov da Azərbaycanı sevən birisidir, bəzilərinə görə, Azərbaycan istiqlalının düşmənidir...

- Nəriman Nərimanov, əlbəttə, o günlərdə yetişmiş bir insandır, bir şey demirəm. Amma Nərimanov Azərbaycanın istiqlalını Qızıl bayraq altında, bolşevik iqtidarı altında görən bir adamdır. Şaumyanla yan-yana olan adamdır. 18 mart-1 aprel arasında 30 min türkün başını kəsən erməni Şaumyanla eyni təşkilatın içindədir.

27 aprel 1920-ci ildən bir il əvvəl Nərimanov Moskvada Leninin və Stalinin əmrində olub. Leninin ona verdiyi təlimat vardı: mənə lazım olan Bakı və onun neftidir, sən bunu mənə gətirəcəksən. 27 aprel 1920-ci ildə də Nərimanovun ən yaxın mübarizə dostları Müsavatın yıxılmasının, milli hökumətin yox edilməsinin, bolşeviklərin Bakını işğal etməsinin müjdəsini Leninə veriblər. Kommunistlərin ilk işi də 28 aprel sabahı Azərbaycan neftini Leninə göndərmək olub. Lenin də 19 maya doğru Nərimanovu inqilab komitəsinin başçısı təyin edərək Azərbaycana göndərib. O vətənpərvər dediyimiz insanı Rusiya sizdən yaxşı tanıyırdı, çünki iki il ondan istifadə etmişdi. Sonra da Bakıya girməsini qadağan etdilər, Moskvada öldürdülər. Öz ölkəsinə xəyanət edən bir adamdan onlara da fayda gəlməyəcəyini bilirdilər, istifadə edə bildikləri qədər ondan yararlandıqlarını da göstərdilər.

Sonra nə oldu? Gəldiniz, üç rəngli bayrağı endirdiniz, yerinə Nəriman Mərimanovun əliylə oraq-çəkicli sovet bayrağını çəkdiniz, cümhuriyyətinizi yıxdınız, Moskvaya bağlı sosialist respublika halına gəldiniz, iki il sonra da sovetləşdirmə bitdi, ruslaşdırma siyasəti başladı. Yenə bunların əliylə. Qızıl ordunu oraya dəvət edən Nərimanov komandası da sonra tək-tək ruslar tərəfindən gülləyə düzüldü. Nərimanovu belə tərif etmək lazımdır. .

-  Müsavatın ideoloji yönündən danışırdıq...

- Siyasi terminalogiyaya əsaslanıb solçuluq, sağçılıq, liberalizm tərifini vermək çətindir. Məsələn, baxırsan ki, “mən sağçıyam” deyən bir adam solçudan daha solçudur. Ona görə də mən Azərbaycandakı o düşüncə kəsiminin böyük bir hissəsinin türk kimliyi ətrafında toplandığına inanıram. Qısa bir giriş eləmək lazım gələrsə, 1801-ci il Qafqazın taleyinin müəyyənləşəcəyi bir tarix olub. O tarixdə gürcülər rus himayəsinə girdilər, ermənilər də türklərə qarşı müştərək bir şəbəkə yaratdılar. 1804-cü ildən 1917-ci ilə qədər bu xalq zülm altında assimlyasiyaya məruz qaldı. Amma zamanı gəldiyi zaman 100 il əsarət altında qalan Azərbaycan xalqı türklüyə sarıldı, milliyyətçiliyə, istiqlala sarıldı. Ona görə də mən o zamankı fikirləri milliyyətçi, vətənsevər, istiqlala düşkün toplumun fikirləri olaraq görürəm. Müsavatçılığı da bu şəkildə izah etməkdə fayda var. - Müsavatın Türkiyədəki fəaliyyətindən bəhs etmənizi xahiş edirəm. Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Milli Mərkəzini qurması fikri necə ortaya çıxır və sonra proses hansı şəkildə cərəyan edir? Niyə müsavatçılığı davam etdirmək üçün mərkəz olaraq Türkiyə seçilir?

- Müsavatı və Rəsulzadəni bir neçə dövrə bölmək lazımdır. Müsavat və Rəsulzadənin Türkiyə ilə münasibəti “İttihad və Tərəqqi” ilə başlayır. O zaman Müsavatı və Rəsulzadəni, Azərbaycan xalqını ən yaxşı tanıyan bu qurumun mənsubları idi. Amma sonra Atatürk hərəkatı başladığı zaman Müsavatın, Rəsulzadənin Türkiyə ilə münasibətləri dəyişir. Rəsulzadə o zaman Atatürk hərəkatını çox tanımırdı, bilmirdi. Atatürk hərəkatı içərisində də Rəsulzadəni, Müsavatı qiymətləndirənlər öz fikirlərinə görə qiymətləndirirdilər. O zaman Qafqaz müxtəlif dövlətlərin hədəfindəydi. Almanların buraya baxışı başqaydı, rusların, ingilislərin, Türkiyənin baxışları da fərqli-fərqli idi. Onun üçün Türkiyənin istiqlal qazandığı dönəmdə Müsavata və müsavatçılığa baxış çox simpatik olmayıb.

Ancaq Rəsulzadə istəsəydi, 1920-ci il işğalından sonra Nərimanovdan əvvəl Azərbaycanın rəhbəri ola bilərdi. Amma onun bir özəlliyi vardı: Rəsulzadə heç bir zaman xarici ideologiyanın adamı olmamışdı. Baxmayaraq ki, Stalin o zaman Rəsulzadənin ən böyük dəstəkçisiydi, Bakıya qədər gəlib onu xilas etmişdi (Təbii, bunun səbəbi keçmişdə özünə edilən yaxşılıq idi)...

Məhəmməd Əmin bəy xarici ideologiyaya xidməti özünə yaraşdıra bilməyib. Düşünün, beşikdə uşağı, ailəsi vardı, onları belə ideologiyasına və fikirlərinə, Azərbaycan istiqlalına qurban edib. Əldə edə biləcəyi vəzifəni əlinin dalı ilə rədd edib.

Rəsulzadənin Moskvadan Finlandiyaya, oradan Türkiyəyə gəlməsini də bu kontekstdə dəyərləndirmək lazımdır. Kim nə deyir-desin, bura Türkiyə bütün türklərin vətənidir. Əlbəttə ki, Rəsulzadənin də ən rahat ola biləcəyi yer buraydı. Digər tərəfdən, sovet işğalından sonra Azərbaycanda qətlə yetirilməyən çox sayda insan Türkiyəyə gəlmişdi. Yəni Türkiyə Müsavatın və Rəsulzadə davasının iştirakçıları ilə dolmuşdu. Hətta o tarixlərdə - Nəriman Nərimanov zamanında Türkiyədə 3 ticarət attaşeliyi açılmışdı: biri Karsda, biri Trabzonda, biri də Samsunda. Bu attaşeliklər sovetlərlə Türkiyə arasındakı əlaqələri yaxşılaşdırmaq məqsədilə açılmamışdı. Bunlar Azərbaycandan qaçıb gələn müsavatçıların Türkiyədə nə etdiyini izləmək üçün qurulan mərkəzlər idi. Türkiyədə böyük bir güc vardı və sovetləşmiş Azərbaycan buranı daim nəzarətdə saxlayırdı. 1921-ci ilin noyabrında Azərbaycan səfirliyi açıldığı zaman da üçrəngli bayrağın yerinə sovet bayrağını asmışdılar və çıxışlarında da “Müsavatçıların içi kimi ala-bula parçanı buradan endirdik” demişdilər.

Bunlar çox önəmli olaylardır. Bütün bunlara baxmayaraq Məhəmməd Əmin Rəsulzadə Azərbaycanda olduğu kimi Türkiyədə də milli mübarizəsinin izində olub. Və bunun üçün Milli Mərkəzi qurmaq qərarına gəlib.

- Kimlər vardı Milli Mərkəzdə?

- Başında Rəsulzadə vardı. Amma çox məhdud bir kadr potensialı ilə qurulmuşdu. Kərim Odər, Sarıq Aran, Mirzə Bala Məmmədzadə vardı. Kadrın məhdud olmasının səbəbi bu insanların hamısının izlənməsiydi. Milli Mərkəz o zaman bir çox hərəkətlər üçün çətir rolunu oynayırdı.

1949-cu ildə Azərbaycan Kültür Dərnəyi yaradıldı və ondan sonra Rəsulzadə bütün fikirlərini, Azərbaycan haqqındakı düşüncələrini bu qurumun çətiri altında rahatlıqla ifadə etməyə başladı. Rəsulzadə o zaman iki şeyi yanında gətirmişdi, bayraq və Müsavat! 1955-ci ilə qədər bayraq və Müsavat onun himayəsində idi. 1955-ci ildə bu yol yoldaşlığı pozuldu, Rəsulzadə rəhmətə getdi və bu iki milli simvolu bu dərnəyin mənsubları olan mübarizə dostlarına əmanət etdi. Dərnək mənsubları da bu əmanəti qorudular və günü gəldiyində həm bayraq, həm Müsavat həqiqətən Məhəmməd Əmin Rəsulzadə düşüncəsinə sadiq olan, inanan, o zamankı milli dövləti dövlət deyə tanıyan, kökünə, keçmişinə bağlı insanlara təhvil verildi. Bu gün də bu iki simvolu onlara təslim etməyimizə baxmayaraq Azərbaycan Kültür Dərnəyi olaraq müsavatçılıq cizgisini davam etdiririk.

Bəziləri müsavatçılıq cizgisini çox dar, məhdud görə bilər. Belə deyil. Müsavatçılıq cizgisində Azərbaycanın gələcəyi, istiqlalı var. Azərbaycan xalqının insan kimi yaşama haqqının müdafiəsi var. Azərbaycan xalqının onu idarə edənlərdən qorxmaması düşüncəsi və mövqeyi var. Onun üçün də müsavatçılığı bir türk cizgisi olaraq qırılmadan davam etdiririk.

- Azərbaycan Milli Mərkəzində rol almış, Rəsulzadənin yaxın mübarizə dostları olmuş Məhəmməd Kəngərli, Əhməd Qaraca kimi insanlarla uzun illər bir yerdə fəaliyyət göstərmisiniz, mücadilə etmisiniz. Yəni o dövrü birinci mənbədən bilən insanlardan birisiniz. Bir insan çox gənc yaşlarında istiqlal mübarizəsinə başlayır, dövlət qurur, dövləti işğal edilir, mühacirətə getmək məcburiyyətinə qalır, üzərindən illər keçir və yenə də inanır, ölənə qədər istiqlal kəlməsini dilindən düşürmür. Bu mübarizə əzmi, bu inam məni hər zaman yaxşı mənada təəccübləndirib. Heç geri çəkildiyi, ruhdan düşdüyü zamanlar olmayıbmı Rəsulzadənin?

- O dövrün Türkiyəsinə də baxmaq lazımdır. 20-ci il tarixlərində Türkiyə sovetlərlə yaxın əməkdaşlıq içərisində olub. Bu məcburiydi. Yeni dövlət qurulması mərhələsiydi və ogünkü şərtlər içərisində Türkiyə sovetlərlə dostluq müqaviləsi imzalamışdı. Yəni Türkiyənin dövlət kəsimi sovetlərin əleyhinə deyildi. Hətta Nazim Hikmət öz istəyi ilə sovetlərə getməsinə baxmayaraq onun oradakı türklərlə görüşməsinə belə icazə vermirdilər.

Belə bir şəraitdə Rəsulzadə və dostları ürəklərində yaşatdıqları milli davanı Türkiyədə fasiləsiz olaraq dilə gətirdilər. Təbii, buna zəmin də vardı. Dövlət idarəsinin bir az soyuq olmasına baxmayaraq xalqın böyük hissəsi xarici türklərə böyük simpatiya bəsləyirdi. Düzdür, o zaman bizə faşist, irqçi, turançı dedilər, amma sonra özləri də biz deyənə gəldilər. Bütün imkansızlıqlara baxmayaraq Məhəmməd Əmin Rəsulzadə ölənə qədər Azərbaycanın yenidən öz istiqlalına qovuşacağına inandı. Azərbaycana dönəcəyi, xalqıyla qucaqlaşacağı fikrindən heç bir zaman vaz keçmədi. Buna inandı. Özünə qarşı rəva görülən o hərəkətlərə baxmayaraq o ölkəni, o xalqı - özünə pislik edənlər də daxil olmaqla - ürəyindən çıxarmaması Rəsulzadənin həqiqi kimliyini ortaya qoyur. 1955-ci ilə qədər qəzeti ilə, dərgisi ilə, ətrafındakı inanmış mübarizə yoldaşları ilə bərabər bu fikri müdafiə etdi. Ətrafındakılar da buna inanmış insanlar idi.

- Bəs nə üçün siyasi fəaliyyətləri Mili Mərkəz, Müsavat Partiyası adı altında deyil, Kültür Dərnəyi adı altında həyata keçirmək qərarına gəliblər?

-  O zaman Türkiyədə cəmiyyətlər qanunu vardı. Amma Milli Mərkəz rəsmi quruluş deyildi. Bu fəaliyyətləri leqal hala gətirmək üçün Kültür Dərnəyi quruldu və nizamnaməsində xaricdəki türklər məsələsinə yer verildi. O səbəbdən də Azərbaycan Kültür Dərnəyi Azərbaycan milli davasının çətiri oldu. O zaman daha bir təşkilat vardı - Qars Yüksək Təhsil Tələbə Cəmiyyəti. Bir çox qarslı olmayanların da təmsil olunduğu bu cəmiyyət Kültür Dərnəyi ilə bərabər çalışırdı. Dərnək qurulmamışdan Azərbaycan gecələrini bu cəmiyyət təşkil edirdi. Məhəmməd Əmin Rəsulzadə də oraya gəlirdi. Mənim gözümün önündədir, bir “Reminqton” yazı makinası vardı, orada yazı yazırdı.

- Siz o cəmiyyətin üzvüydünüz?

- Bəli.

- Rəsulzadə ilə, Azərbaycan davası ilə tanışlığınız da ordan başladı?

- O zaman Azərbaycan Kültür Dərnəyi Ulusdakı Anafartalar çarşısında, bir iş mərkəzində yerləşirdi. Həmin binada bizim də ayrı bir yerimiz vardı. O yer Demokrat Partiyasının Gənclik Təşkilatının ofisiydi. Mən də o təşkilatın ikinci başqanıydım. Amma 60-cı il çevrilişi olunca həmin ofis bağlandı və lövhə söküldü. Qars Yüksək Təhsil Tələbə Cəmiyyəti ilə Azərbaycan Kültür Dərnəyi arasındakı məsafə də 100 metr belə deyildi. Yəni iki tərəfdən də yaxınlıq vardı. Amma daha çox Qars Yüksək Təhsil Tələbə Cəmiyyəti içərisində fəaliyyət göstərirdik. Məsələn, Türkiyənin önəmli sənətkarlarından biri olan Nurhan Damcıoğlu var, bizə yaxın yaşayırdılar. O zaman uşaqdılar. Bacısı Seyhanla birlikdə Rəsulzadəyə qəhvə-filan gətirirdilər. Türkiyədə “Beşaçılan” oyununu - bilirsiniz ki, bu, bir Şəki oyunudur - ən gözəl oynayan Nurhan Damcıoğludur. O oynadığı zaman hər kəs ayağa qalxardı. Bu da o zamankı Azərbaycan hərəkatının mədəniyyətə əksi idi.

Mənim də Rəsulzadə ilə tanışlığım o zaman oldu. Qarsdan yeni gəlmişdik. Əlbəttə, böyüklə məsafə vardı arada, amma zaman-zaman onların söhbətlərinə qulaq asırdıq. O zaman Qars Yüksək Təhsil Tələbə cəmiyyətinin başında da rəhmətlik Lətif Aküzüm vardı. Rəsulzadə ilə zaman-zaman görüşürdülər, danışırdılar, biz də dinləyirdik. Onların qarşısında danışmağımız mümkün deyildi, çünki bir məsafə vardı. Amma hamımız onun mübarizəsini izləyirdik və 1955-ci ildən sonra da hamımız o hərəkatın içərisində yer aldıq.

- Necə oldu bu hərəkatda iştirak qərarı verdiniz? Türkiyədə siyasətdəydiniz, Demokrat Partiyasında gənclik qollarının rəhbərliyində təmsil olunmusunuz, Ədalət Partiyasının parlament fraksiyasının sözçüsü olmusunuz. Necə oldu ki, Azərbaycan Kültür Dərnəyini bunların önünə qoydunuz, müsavatçılıq xəttini seçdiniz?

- Türk millətini meydana gətirən bir az da dış türklərdir. Türk milləti kimdir? Azərbaycan türküdür, Krım türküdür, Balkan türküdür. Bunlar yan-yana gəlib həqiqi türk millətini yaradıblar. Amma kök Azərbaycandır, Krımdır. 1991-ci ildə Azərbaycan parlamentindəki çıxışımda da mən demişdim ki, mənim ana vətənim Türkiyədir, amma ata yurdum Azərbaycandır, sizin qədər mənim də Azərbaycanda haqqım var.

Bizlər də kök olaraq ordanıq, oradan gəlmişik. Biz Anadolu türküyük, amma ürəyimizin yarısı buradır, Azərbaycandır. Onun üçün də bu dava hamımızın davasıdır. Bu davaya onun-bunun təlqini ilə deyil, inanaraq gəlmişik və inanaraq bu davanın içində olmuşuq. 30-35 il bütün gəncliyini bu davaya verən dostlarımız var. Burada pul yoxdur, vəzifə yoxdur, bura könüllü bir təşkilatdır. 62 il bir ayaqda qala bilməsi üçün bir təşkilatın bir sıra məziyyətləri olmalıdır. Bu da davaya olan inancdır.

- Rəsulzadənin vəfatından sonrakı dönəmdə bu mübarizənin içində birbaşa yer almısınız. O ərəfədə təşkilatda büdrəmələr oldumu heç?

- Əlbəttə, ara-sıra Azərbaycandan gələnlər arasında bir sıra problemlər yaşandığı zamanlar olub. Amma o insanların hamısında mütləq Azərbaycan öncəliyi vardı. Buraya gələn insanların bir şanslı tərəfi də var. İndiyə qədər 9 başqanımız olub. Onların hamısı inanaraq bu davaya xidmət edib. Hamısı paraları-pulları ilə, uşaq-böyüyün ruzisi ilə dərnəyi ayaqda saxlayıblar. Maddi imkanı olmayan bir təşkilatın siyasi fəaliyyət göstərməsi asan deyil. Buna baxmayaraq Azərbaycan Kültür Dərnəyi bu günlərə gələ bilib. Eyni zamanda o zaman Azərbaycan gecələrində milli davanın yanında dövlət vardı. Məsələn, 1959-cu ildə “Ankara Palas”da keçirilən gecəyə TBMM başqanı Rəfiq Koraltan vardı. Onun cibindən Qars Yüksək Təhsil Tələbə Cəmiyyətinin lotereya bileti çıxmışdı.

- Yəni Türkiyə dövləti Azərbaycan milli mübarizəsinin arxasındaydı deyirsiniz...

- Kim nə deyir-desin, arxasındaydı. Zaman-zaman bəzi problemlər olurdu. Məsələn, o zaman Mirzə Balanın “Milli Azərbaycan Hərəkatı” adlı kitabı Nazirlər Kabinetinin qərarı ilə qadağan edilmişdi. Amma günü gəldi, qadağan edilən o kitabı 1991-ci ildə yenə Türkiyə dövlətində nəşr etdirdik. Dövlət açıq şəkildə Azərbaycanı dəstəkləməsə də, hər zaman bu mübarizə ilə tolerant davranıb. Yoxsa bu dərnək 62 il ayaqda qala bilməzdi. 1960-cı il çevrilişində, 1971 olaylarında, 1980-ci il çevrilişində buradaydıq və hamısından da nəsibimizi almışdıq. Amma yenə də dövlətin Kültür Dərnəyinə baxışı önəmlidir.

- Və Türkiyədəki bu fəaliyyətlərdən sonra 90-cı illərin əvvəllərində Müsavat Partiyasının bərpa etmək və əmanəti Azərbaycana təhvil vermək qərarı verildi. Bu, kimin fikriydi? Qərar necə verildi?

-  Azərbaycanla Türkiyə arasında rəsmi dövlət münasibəti olmadığı zaman o əlaqələri biz həyata keçirirdik. Sovetlər hələ yıxılmamışdı. Rəhmətlik Yaşar Qarayev, ondan öncə Bəxtiyar Vahabzadə, Elçin Əfəndiyev, Nurəddin Rzayev, Abbas Zamanov, Ziya Bünyadov gəlib-gedirdilər. Bu məsələlər burada müzakirə edilirdi. 1991-ci ildə Yaşar Qarayev təsadüfən buraya gəldi, bir-iki gün onu qonaq etdik, rəhmətlik Mehmet Kəngərli, Əhməd Qaraca bəylərlə birlikdə söhbətlərimiz oldu. Azərbaycanla Türkiyə arasında gəlib-getmə məsələsi müzakirə edildi. Vətən Cəmiyyəti ilə Kültür Dərnəyi arasında protokol imzalandı. Və buradan 40 nəfərlik heyətlə Azərbaycana getdik. Bəlkə o gün oradakı toplantının da Azərbaycan milli hərəkatına təsiri olub.

Daha sonra Türkiyədə 23 aprel bayramı oldu. Biz Azərbaycandan burada 30 uşaq gətirdik, evlərdə qonaq etdik. Onların başlarında gələn adam uşaqların sovet bayrağı ilə nümayişə çıxmasını istəyirdi. Bizim də əlimizdə bezdən tikdirdiyimiz bir bayraq vardı. Onunla danışdıq, olmadı. TRT-də dostlarımız vardı, onlara dedik nə edirsiniz-edin, Azərbaycan uşaqlarını 23 nisan şənliyinə Azərbaycan bayrağı ilə çıxarın. Onlar da bunu etdilər. SSRİ bağırdı, çığırdı, nota verdi, amma uşaqlar Azərbaycan bayrağı ilə nümayişə çıxdılar.

Sonra Azərbaycandan bura dostları çağırdıq. İsa Qəmbər, Sabit Bağırov, Əli Məsimli, Pənah Hüseyn, bir də elm adamları gəldilər. “Dedeman” hotelində bir toplantı keçirildi. Və Azərbaycan siyasət adamları ilə elm adamlarını türk dövləti ilə tanış etdik. O zaman Süleyman Dəmirəl parlamentdə bir yemək verdi, Məsud Yılmazla, Turqut Özalla, Alparslan Türkeşlə görüş oldu. Hər kəs Azərbaycan siyasətçisi, elm adamı haqqında az-çox bilgi sahibi oldu. Bu qapını biz açdıq. Ondan sonra bir gün Həsən Həsənov bura zəng etdi, orada problemlər olduğunu söylədi, bizi dəvət etdi. Rəhmətlik Əhməd Qaraca ilə biz getdik, Elçibəylə görüş, yaxınlaşma oldu. Tuncər Kırhan buradan ora Atatürk rəsmi, türk bayrağı apardı, Leninin oradakı heykəlinin üstünə asdıq. Azadlıq meydanındakı heykəlin üzərinə bir Türkiyə, bir Azərbaycan bayrağı asdıq. Bunlar detaldır, amma önəmli olaylardır...

Sonra da oradakı proseslərdə rol aldıq. Elçibəy prezidentliyə namizəd olmaq istəmirdi. Hətta o zaman Süleyman Dəmirəllə də müzakirə edildi. O zaman Özdəm Sanberk Xarici İşlər Nazirliyi Aparatı rəhbəri idi. Və onlara bütün bilgiləri biz verirdik. Süleyman bəy də Özdəm Sanberki göndərdi, Elçibəylə görüşdülər və onu namizəd olmağa razı saldılar. Sonra da Süleyman bəy rəhmətlik Alparslan Türkeşlə birlikdə Azərbaycana getdi. Hətta o zaman Süleyman bəy Elçibəyə bir silah hədiyyə etmişdi...

- Siz Elçibəy iqtidarında yer alan yeganə türkiyəli nazirsiniz. Torpaq islahatları naziri olaraq o dövrdə Azərbaycanda çalışmısınız. Eyni zamanda da Süleyman Dəmirəllə yaxın münasibətlərinizin olduğunu bilirəm. Azərbaycanın milli düşərgəsində onunla bağlı Azərbaycanın ikinci milli hakimiyyətinin devrilməsində rol oynayan fiqur obrazı var. O biri tərəfdən siz Elçibəyi prezidentliyə namizəd olmağa razı salan da Dəmirəldir deyirsiniz...

- Mən gənclər təşkilatı başqanı olduğum zaman Süleyman bəy Ədalət Partiyasının sədr müaviniydi. Sonra o, partiyanın sədri oldu, yəni mənim başqanım oldu. Sonra baş nazir oldu. Həm də millət vəkili, fraksiya rəhbəri oldu. Mən də o zaman partiyanın qrup sözçüsüydüm. Mən indi başqanım haqqında nə danışım?

- Amma bizim danışmağımıza da etiraz etmirsiniz, eləmi?

- Hələ dostluqların davam etdiyi şəraitdə bəzi məsələlər danışılmır. Amma yenə də gözəl bir dönəm idi o dönəm. Sadəcə, təcrübəsizlik vardı. O bir illik dönəmdə Azərbaycan tərəfində əhəmiyyəti azaldıla bilməyəcək işlər görüldü. Bir ildə kirayələdiyiniz evi düzənləyə bilməzsiniz. Amma Elçibəy dönəmi böyük dönəmdir - pul milliləşdirildi, Mərkəzi Bank quruldu, rus əsgərləri Azərbaycandan çıxarıldı, topraq islahatlarının əsası qoyuldu.

Mənə Elçibəy zəng elədi və çağırdı. Azərbaycanın torpaq rejimi sovet rejiminin simvolu idi. Elçibəyin qurduğu Torpaq Komitəsi sovet rejiminin qarşısında çox önəmli addım idi və sonrakı özəlləşdirmə prosesi bu addımla başladı. O zaman Azərbaycanın torpaq inventarını biz çıxardıq və torpaq komitələrini biz qurduq.

Dövləti yenidən qurmaq asan deyildi. O bir illik dönəmi sayğı və minnətdarlıqla anmaq lazımdır. Amma sovetdən qalmış alışqanlıqlardan xilas ola bilməyənlər siyasət adı altında intriqa ilə məşğul idilər. Bu intriqaya kimlərin qurban olduğunu hamı bilir. Bu intriqanın içində, arxasında kimlərin olduğu isə zamanla deşifrə olacaq. Bizim könlümüzdə isə o vaxtkı hökumət yerini qoruyur. Mən də o hökumətin üzvü olaraq məsuliyyət daşıyıram. O bir illik dövrün hər cür hesabını verməyə də hazırıq. Azərbaycanda olanlar da o 1 illik dönəmi utanaraq deyil, şərəflə müdafiə etməlidirlər. “Elçibəy yumşaq idi, mülayim idi” deyirlər. Dövlət adamı olmaq üçün mütləq “KQB” agenti olmaqmı lazımdır? İnsanın “KQB” zehniyyətinə sahib olmasımı lazımdır? Rusa uşaqlıq etməsimi lazımdır? Elçibəydə bunlar olmadığı üçünmü dövlət adamı deyil?

Dövlət adamı tərifini siz nəyə görə verirsiniz? Adam vətənini, millətini, öz insanını sevirdi. Öz milləti ilə qucaqlaşa bilən bir dövlət adamıydı. Bu ruhda olan insanın dövlət adamı olmadığını kim uydurub? Bizim gözümüzdə Elçibəy həqiqi mənada vətənpərvər bir dövlət adamıdır. Amma onun ürəyindəki duyğu və düşüncə tutduğu vəzifədən daha böyükdür.

- Siz bir illik iqtidarın təmsilçisi olaraq hakimiyyətinizi tənqid edirsinizmi? Qorumalıydıq, təslim olmamalıydıq deyirsinizmi?

- Mütləq. Dostlar bilirlər, mən 17 iyun 1993-cü ildə Azərbaycandan ayrıldım. Həmin günün gecəsi də Elçibəy ayrıldı, Kələkiyə getdi. Ondan 15 gün əvvəl mən Türkiyəyə zəng etmişdim, “Azərbaycanda vəziyyət yaxşı deyil, iqtidarı götürəcəklər” demişdim. Onun üçün də Mehmet Kəngərli, Əhməd Qaraca, digər dostlar oraya gəldilər. Mən 3 çevriliş görmüşəm, öyrəncəliydim, gedişatı görürdüm. Dəfələrlə Elçibəylə danışdıq, dedik, bəy, çıx, xalqa bir şeylər söylə, müraciət et. Heydər Əliyevlə də 4 saat danışdıq. Yanında Rəsul Quliyev, Etibar Məmmədov da vardı. Surət Hüseynov məsələsini də danışdıq, dedik, Gəncəyə gedək. “Yaxşı” dedilər, guya sabah erkəndən gedəcəkdik, sabah bizi bir kənara atdılar, özləri getdilər... Yəni o olayların hamımız içindəydik. İsa bəylə də uzun-uzun danışdıq. O zaman Heydər Əliyevi parlament sədrliyi, baş nazirlik qane etməz dedik. Bunların hamısı danışıldı...

Nəysə, onlar hamısı oldu, keçdi...

- Müsavat Partiyasının bərpası da Azərbaycanda və hətta Türkiyədə də zaman-zaman spekulyasiya mövzusu olub. Doğrudanmı Müsavatın bərpası İsa Qəmbərin Elçibəyə qarşı mövqeyini gücləndirməsi üçün atılan addım idi?

- Elçibəy Xalq Cəbhəsinin başında qalmaq istəyirdi və Xalq Cəbhəsinin də partiyalarüstü qurum olmasını istəyirdi. İsa Qəmbərin Müsavat Partiyasının başqanlığına gəlməsində Elçibəyin də rolu vardı.

- Bərpa fikri kimdən çıxmışdı?

- Burdan çıxdı, təbii ki. Oturuldu, danışıldı, qərar verildi. Azərbaycanda siyasi partiyalaşmaya ehtiyac vardı. Müsavat da Azərbaycanın köküdür, Azərbaycanda ilk dövlət quran partiyadır. Bu halda yeni qurulacaq dövlətin keçmişindən qopmaması lazımdır. Davamlılıq olmalıdır. Müsavatın davamı olan bir hərəkat olmalıdır. 1918-ci ildə qurulan cümhuriyyət ilk türk cümhuriyyətidir. O gün o şərtlər altında bu dövlət fəaliyyətini dayandırmış ola bilər, amma hərəkat davam edir. 1930-37-ci illərdə onminlərlə insanın qətli müsavatçılığın bədəlidir. Bunların hamısı pantürkistlikdə, milliyyətçilikdə, türkçülükdə ittiham edilib. Bu insanların 90 faizi müsavatçıdır. Hər evdə bir müsavatçı vardı o zaman. Belə bir partiya niyə yenidən Azərbaycana getməməliydi? Ora bu partiyanın vətəniydi.

İsa bəyin bu partiyanın başına gəlməsində də Elçibəyin rolu olmuşdu. Elçibəy partiya sədri olmaq istəmirdi. Hətta o zaman mən AXC-nin qurultayında çıxış edərkən demişdim ki, kimsənin Müsavatı dilinə dolamağa haqqı yoxdur. Müsavat iqtidar deyil, Müsavat iqtidara gələr, ondan sonra hesabını soruşarsınız, indi AXC hakimiyyətdədir, hesabını da ondan soruşun. Müsavat hakimiyyətdə deyildi. Amma Müsavat fikri hakimiyyətdəydi. Elçibəy Rəsulzadənin yolunun davamçısıydı. Bu dövlət də 18-ci ildəki dövlətin davamıydı.

- İsa bəyin başqan olmasını kim təklif etdi?

- Mehmet bəy (Kəngərli - K.Ş), digər dostlar, hamı bu fikrə gəldi. Gənc yaşına baxmayaraq İsa bəy o zaman Ziya Bünyadov kimi tarixçiyə seçkidə qalib gəlmiş birisiydi. Xalq Cəbhəsinin içindəydi, Elçibəylə bərabər idi. Heç bir fərqləri yoxudu, mübarizəni bərabər aparırdılar. Bu halda İsa bəyin olmasının faydası var, zərəri yoxdur deyə düşünüldü. Bu gün də göründü ki, gerçək Müsavat zehniyyətini təmsil edən İsa Qəmbər və yanındakı dostlarıdır. Bu şərtlər altında o mübarizənin başında olmaq bir vətənpərvərlikdir. İsa bəyin oradan nə gözləntisi var ki, davaya xidmətdən başqa? İsa bəy ən yaxşı seçim olub. Namusludur, dürüstdür, özü-sözü birdir. Müsavat üçün də ən gözəl seçimdir.

İndi qalxıb iki milli təşəkkülü bir-biri ilə toqquşdurmaq üçün 50 il bu işə xidmət edən adamların belə kiçik məsələlərlə məşğul olduğunu düşünmək olarmı? Heç bir zaman! Elçibəylə İsa bəy arasında heç bir zaman o tip fikir ayrılığı olmayıb. Müsavat heç bir zaman Cəbhənin rəqibi olmayıb. Cəbhə ogünkü şərtlərdə siyasi partiya deyildi, partiyaların üstündəydi. Müsavat partiya idi və siyasətlə məşğul olacaqdı. Ən böyük müsavatçı da Elçibəy idi. Müsavatçı müsavatçıya qarşıydımı? Bu kiçik söhbətlərdən qaçmaq lazımdır. Azərbaycanın birliyə, bərabərliyə, güvənə ehtiyacı var. Elçibəy rəhmətə gedib. İndi qalxıb arxasından münaqişə aparmağın mənası yoxdur. Siz bunu etmək yerinə Elçibəydən sonra Xalq Cəbhəsinin vəziyyətini müzakirə edin. Buraxın İsa bəyi, Elçibəydən sonrakı Xalq Cəbhəsini önünüzə qoyun, halına, şəklinə baxın, getdiyi yola, apardığı mübarizəyə baxın. Ondan sonra Xalq Cəbhəsinə kimin rəqib olduğunu daha yaxşı anlayarsınız.

- Müsavat Partiyasının 100 illiyi Azərbaycan tarixinin ən mühüm, ən önəmli olaylarından biridir. Bu önəmli gündə Azərbaycanda çox çətin şərtlər altında mübarizə aparan insanlara və Türkiyədə bu mübarizəni illərdir aparan insanlara nə söyləmək istərdiniz?

- Yenə keçmiş tarixə baxmaqda fayda var. Varşava Paktına daxil olan keçmiş kommunist dövlətlərin coğrafiyasının biri Qafqaz, biri də Avropaydı. Şərqi Avropaya baxırsınız, sovetlərdən ayrılıblar, Qərblə, dünya ilə qucaqlaşıblar, insan haqları ön plana çıxıb. Onlar da ideoloji baxımdan Qafqazla eyni coğrafiyadan çıxıblar. İndi sizin yaşadığınız coğrafiyaya baxın. Gürcüstanda hər gün bir problem çıxır, Ukraynada onun kimi, Rusiyada çəlik-çomaq oynayırlar. Türk cümhuriyyətlərinə baxın, Azərbaycanın bu gün bəyənmədiyimiz durumundan 50 il geridədirlər. Orada partiyaların olmaması fəxr mənbəyidir. Azərbaycanda isə heç olmasa keçmişdən qalan bir partiyalaşma hərəkatı var.

Mənə görə, Azərbaycanda iki seçim düzgün olub. Birincisi, bolşevik qiyamından əvvəl Qurucular Məclisinə keçirilən seçki idi. İkinci seçki də Elçibəyin seçkisiydi. Elçibəy istəsəydi, bəziləri kimi özünə 98 faiz səs elan edərdi. Amma 60 faizə yaxın səs aldı . Bu iki seçkidən başqa keçirilən seçkilərin heç biri seçki deyil. Çünki səsləri başqaları sayır. Siz orada özünüzə hörmət edərək, insanınıza dəyər verərək dünya ilə bütövləşmək üçün hüquqa əsaslanan bir sistem, bir partiyalaşma hərəkatı ortaya qoysanız, o zaman Müsavat da həqiqi kimliyini ortaya qoya biləcək.

İndiki şərtlər altında Müsavatın iqtidar partiyası olması mümkün deyil. Çünki keçmiş Kommunist Partiyasının yerini indiki iqtidar partiyası alıb. Dəyişən bir şey yoxdur. O zaman Kommunist Partiyası daha demokrat idi. Səhv elədiyi zaman qarşısında “KQB” vardı, “ÇeKa” vardı, ordu vardı, müdaxilə edə bilirdi. Amma bu gün sizi idarə edən o sistemin qarşısında heç bir şey yoxdur. Məclis tək bir adamındır, məhkəmələr tək bir adamındır, ordu tək bir adamındır. Azərbaycan bir qrup adamın arasında bölünmüş bir coğrafiyadır. Bu coğrafiyada qalxıb həqiqi mənada demokratiyaya əsaslanan siyasət aparmaq hər adamın hünəri deyil. İsa bəy və Müsavat bunu edə bilirsə, onlara, sizin təbirinizlə desək, eşq olsun!

 

 

1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20  21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  

Ebülfez Elçibey

Mehmetçik

ANKARA

Hürriyet Sabah Milliyet
Star Cumhuriyet Radikal
Yeni Şafak Türkiye Vatan
Akşam Zaman Posta