"Ne mutlu Türküm diyene." "Bağımsızlık benim karakterimdir."
"İnsanlara hürriyet, milletlere istiklal." "Bir kere yükselen bayrak bir daha inmez."

Haberler


HOCALI OLAYLARI (MAKALE) Doç. Dr. Nesiman YAGUBLU

1992-ci ildə Xocalı soyqırımı baş verəndənbir-neçə gün sonra Ağdama gedib rəhmətlik Allahverdi Bağırovla görüşdüm. Vəonun köməkliyi ilə bu qətliam haqqında faktlar toplamağa başladım,hadisəninşahidləri ilə görüşdüm.”Xocalı qırğını” adlı bu hadisədən bəhs edəntarixi-publisistik kitabımı elə həmin ildə-1992-ci ildə 30.000 tirajla nəşretdirib ictimaiyyətə çatdırdım.Həmin dövrdə yazdıqlarımın bir hissəsini   oxuculara təqdim edirəm.

 

MEYİDLƏRİGƏTİRMƏYƏ GEDİRİK

"UAZ"maşınında dördümüzük: Allahverdi bəy, kö­məkçisi, sürücü və mən. Arxadakı"Kamaz"da isə 16 nə­fər əyləşib, meyidləri yığmaq üçün. Meyid yığmaqüçün adam tapmaq da çətindir. Çoxunun ürəyi gəlmir getməyə.

Allahverdi bəy əvvəlcədən ermənilərlə danışıb. Ra­zı­lığa gəliblərki, iki girov erməninin əvəzinə meyidləri və bir azərbaycanlı girovu dəyişsinlər.Saat 12- də ermənilərlə müəy­yənləşdirilmiş yerdə görüşməliyik.

BİR ƏLAVƏ. Ağdam rayon Xalq Cəbhəsinin sədri Al­lahverdibəy haqqında çoxları razılıq və minnətdarlıqla da­nışır. Məhz onun bacarığı, səyinəticəsində çoxları əsir­lik­dən buraxılıb, yüzlərlə meyidi gətirib basdırmaqmüm­kün olub.

Ağdamınqurtaracağında post qoyulub. Bura "Qatır Məm­məd" adı ilə məşhur olanYaqubun dəstəsinin nə­za­rə­tin­dədir. Postun kənarında isə üstündə Yaqubun həlakolan oğ­lu Canpoladın adı yazılmış tank dayanıb. Öyrənirəm ki, Ya­qub bəy qəhrəmanlıqlahəlak olan oğlunun meyidini dü­nən ermənilərdən alıb basdırıb. Neçə müddət idiki, er­m­ə­nilər meyidi vermirdilər.

ERMƏNİ QULDURLARI İLƏGÖRÜŞ

Əsgəran yolunaçatırıq. Qarşıda ermənilərinpostu qo­yulub. Ratsiya ilə xəbər verməyimizə baxmayaraq sü­rü­cü maşınınişığını yandırıb-söndürərək işarə verməyə baş­ladı. Allahverdinin köməkçisimaşından düşüb onlara tə­rəf getdi. Allahverdi bəy qazılmış yolu göstərib dedi:- Bax buranı ermənilər qazıb. Axıra kimi yolu qazmaq is­tə­yirdilər ki, tankkeçməsin. Mən onlarla danışıb qoy­ma­dım. Amma belə getsə axıra kimiqazacaqlar. Belə olmaz axı! Silahımız azdır, texnika çatışmır. Bax, gedib çətinliklə Əs­gəranı almışdıq.Yağışın altında gecə saat 12-yə kimi er­mənilərlə döyüşdük. Kömək olmadığındangeri çə­kil­mə­yə məcbur olduq, o Qaraqayanı görürsünüzmü? Ora da əli­mizdəidi. Amma saxlaya bilmədik.

Allahverdi bəy narazıhalda danışır. Qaraqayadan isə ermənilər Ağdama güllə atırlar.

...Ermənilərin sarı rəngli "UAZ"ı on metrliyimizdə da­ya­nır.Allahverdi bəy düşüb, maşına sarı gedir. Mənə isə düş­məməyi, maşında oturmağıtapşırır. Kənardan görüşü mü­şahidə edirəm. Ermənilərin komandiri Vitalik maşından dü­şüb Allahverdi ilə görüşür.Özü də mehribanlıqla, heç nə ol­mamış kimi səmimi görüşür.

KİÇİK HAŞİYƏ. Allahverdi bəyin Vitaliklə çox­dan­kıtanışlığının nəticəsində belə görüşürlər mümkün olur: Ermənilər öz girovlarınıqəbul edir, bizimkiləri isə ve­rir­lər.

Maşından beş nəfər əlavə silahlı quldur düşür və düş­­mən hesabetdikləri azərbaycanlılarla görüşürlər. Kə­nar­dan baxanda ermənilərin budavranış və hərəkətindən "qul­durluq, vəhşilik" əlaməti yağmır. Ammabu xain xəs­tə­lərin içərisində bizi hər zaman sancmağa hazır olan zə­hər­libir ilan yatır.

Bu vaxt maşından qara paltarlı heysiz-halsız bir kişi dü­şürülür.Qısa danışıqdan sonra qara paltarlı kişi əy­ləş­di­yim maşına tərəf gəlir. Gözlərindəkədər qarışıq sevinc ifa­dəsi var. Maşına əyləşən kimi sorğu-suala tuturam:

  • Ermənilər nə vaxt tutmuşdu sizi?

  • Xocalıdan bizi qovub çıxaran günün sabahısı Dəh­razkəndində girov götürdülər.

  • Hardasaxlayırdılar sizi?

  • İyirmigün idi ki, Stepanakertdə saxlayırdılar. Ba­şı­mıza olmazın oyununu açdılar.Gündə əl boyda çörək, ya­rım stəkan su verirdilər. Heç bilmirəm ki, oğul-uşağımdan kim­lər qaldı, kimlər qırıldı.

    Əlli iki yaşlı Yaqub kişi bu sözləri deyib acı-acı hön­kürdü.Yazıq görkəmli, başı min bir faciələr çəkmiş bu ada­mın halına baxdıqca içərimalışıb yanırdı.

    Az aralıda isə ermənilər dayanmışdı.Allahverdi bə­yin dediyinə əməl etməyib maşından düşüb onlara sarı ge­dirəm.İstəyirəm ki, onlarla azacıq da olsa söhbət edib bu vəh­şiliklərini heç olmasaüzlərinə deyim.

ERMƏNİ QULDURLARI İLƏ SÖHBƏT

Komandir Vitalik: - Ara, hərşeyi sakitcə, "po çelo­ve­çeski"(yəni insancasına-red) eləmək olar də...

  • AxıXocalı faciəsində hər şey bu dediklərinizdən uzaq oldu.

    Quldurlardan biri: -Oradakıları ruslar öldürdü. Qa­lan­ları da gecə görməyib bir-birlərinə atıblar.

  • Bəsbaşları kəsilən, əlləri, qulaqları kəsilənlər necə?

    Quldurlardan biri: - Biz belə şey etməmişik.Amma si­zin­kiləri görürsənmi, danışmışıq güllə atmayaq, lakin atır­sı­nız.

  • Bayaqrusları dediniz, vuruşmaq üçün sizdən çoxmu pul alırlar?

    Quldurlardan biri: - Sizdən necə alırlarsa, bizdən də o qədəralırlar. Bizdən də alırlar, sizdən də alırlar bu ruslar.

    Başqabir quldur: - Amma biz də bezmişik. Bəzən ye­məyə çörək də tapmırıq.

    Görüşqurtarır. Erməni Vitalik zarafatla deyir:

  • Allahverdi,maşındakıların sayını dəqiq deyin ha, yox­sa artıq adamı Stepanakertəaparacağıq.

    Vitalikin ironiya ilə dediyi sözlər içərimi kəsib doğ­rayır: Vətənimdə,torpağımda at oynadana bir bax!

    "Kamaz"dakı azərbaycanlılar ermənilərin müşayiəti ilə Xocalımeyidlərini gətirməyə gedirlər. Biz isə Ağdama qa­yıdırıq.

MEYİDGÖZLƏYƏNLƏR

Bayaqdansıxıntı içərisindəyəm. Meyid göz­lə­yən­lə­rə yaxınlaşıb sorğu-sual etməkdə çətinlikçəkirəm. Nə­ha­yət, özümdə bir qüvvə tapır, dərd içində boğulub, alışıb ya­nanzavallılara yaxınlaşıram.

Əliyeva Zoya: - Oğlumdan xəbər-ətər yoxdur. Ana­mı meşədə girov götürmüşdülər. Birerməni girovu ilə də­yiş­dirildi. Oğlum, görən, salamatdımı, ay Allah...

Əliyeva Afət: - Bacımın oğlu Ülfəti gözləyirəm. Rus dili institutunda oxuyurdu...

Fərzəliyeva Hürü: - Oğlanlarım beş gün aeroporta keşik çəkdilər,indi heç birindən xəbərim yoxdur.

Bəsti Bəndəliyeva: - Qoca nənəmdən, babamdan heç bir xəbər yoxdur.

Vidadi Əliyev: - Qaynatam altı nəfər ailə üzvü ilə bir­likdə gəlməyib.Haradadırlar, başlarına nə oyun gəldi?...

Çaxalov Vəhdi (mesxeti türkü): - Qardaşım uşaq­la­rı­nın beşi də yoxdur. Heçbir xəbər öyrənə bilməmişik.

MƏHKƏMƏ TİBB EKSPERTİNİN RƏYİNDƏN

    1. BəhmənovMüşviq Vaqif oğlu. 22 yaş. Milli ordu əs­gə­ri­dir. - Kəllənin güllə yarasındanölmüşdür.

    2. Mehdiyev Murad Şəfa oğlu. 26yaş. - Döş qəfəsinin gül­lə yarasından ölmüşdür.

    3. Xəlilova Zərifə Zəkara qızı. 27yaş. - Döş qəfəsinin güllə yara­sından ölmüşdür.

    4. İbrahimovƏlixan Xəlil oğlu. 35 yaş. Milli ordudan. - Kəl­lənin güllə yarasından ölmüşdür.

    5. ƏbdülovYelmar İsgəndər oğlu. 43 yaş. Fəhlə. - Kəllənin gül­lə yarasından ölmüşdür.

    6. ƏliməmmədovFaiq Şahmalı oğlu. 24 yaş. Fəhlə. - Döş qə­fəsinin güllə yarasından ölmüşdür.

    7. Əliyev İsa Əbdüləli oğlu. 59yaş. Fəhlə. - Kəllənin güllə ya­rasından ölmüşdür.

    8. AbbasovƏntiş Heydər oğlu. 42 yaş. - Qarın və döş qəfəsinin güllə yarasından ölmüşdür.

    9. MəmmədovTalış. 50 yaş. Fəhlə. - Döş qəfəsinin ön sət­hindən güllə yarasından ölmüşdür.

    10. Vəliyev Ələsəf Zakir oğlu. 45yaş. Fəhlə. - Qarının ön sət­hinin və sağ budun güllə yaralarından ölmüşdür.

    11. Cəcərova Pəri Muxtar qızı. 36yaş. - Döş qəfəsinin arxa sət­hinin güllə yarasından ölmüşdür.

    12. Məmmədov Şöhrət İbiş oğlu. 36yaş. - Döş qəfəsinin ön səthinin və sağ bud nahiyəsinin güllə yarasındanölmüşdür.

    13. Çobanova Nəzakət Tapdıq qızı. 8- 10 yaş. - Qarının ön divarının güllə yarasından ölmüşdür.

    14. Orucova İzafə Əli qızı. 27 yaş.- Başın və döş qəfəsinin güllə yaralarından ölmüşdür.

       

       

"ERMƏNİLƏRDIRNAQLARIMI QOPARIRDILAR"

Zülmün,işgəncənin hər formasını sınaqdan çıxarırdı ermənilər. Kimsəsiz, köməksizxocalılara odlu nifrətlə yanaşır, istədikləri hərəkəti edirdilər. Bizimnağıllardan eşitdiyimiz işgəncə üsullarını ermənilər böyük mü­vəf­fə­qiy­yətlədinc camaata - ağsaçlı anaya, köməksiz qadına, qocaya, körpəyə tətbiq edirdilər.

Xocalı sakini Cəmil Məmmədovun başına min bir oyun açıblar. 14min manat pulunu alıblar. Naxçıvanikdə pəyəyə salıb 4 gün ac saxlayıblar. SonraƏsgərana gətirib nəvəsini orda əlindən alıblar. Nə nəvəsindən, nə də arvadı vəqızından xəbər tutmayan, nigaran qalan Cəmil Məmmədovun başına elə müsibətaçıblar ki, ağrısı indi də canından çıxmır.

Cəmil Məmmədov: - 4 gündən sonra məni nəvəmləƏsgəran rayonuna gətirəndə başımıza elə oyun açdılar ki, Naxçıvanikdəki pəyənicənnət sandım.

Ermənimuzdurları ayaq barmaqlarımın dırnaqlarını çəkib çıxartdılar... Bir neçə saatdavam edən işgəncələrdən sonra məni həbs edilmiş bir erməni ilə dəyişdilər.

 

"ERMƏNİ QƏBİRİSTANLIĞINDABAŞLAR KƏSİLİRDİ"

Ermənilərhəmin o məşəqqətli gündə əsir tutduqları azərbaycanlılarla istədikləri rəftarıedir, istədikləri işgəncəni verirdilər. Ermənilər neçə yüzilliyin ürəklərindəyığılıb qalan nifrətini dinc camaatın üstünə tökürdülər. İnsanların diri- diribaşını kəsirdi ermənilər.

SəriyyəTalıbova: - Bizi erməni qəbiristanına gətirdilər. Buradabaş verənləri danışmağa çətinlik çəkirəm: 4 nəfər gənc mesxeti türkünü və 3 azərbaycanlınıbir erməni yaraqlısının qəbri üstündə qurban kəsdilər... Bundan sonra əsgərlərvə yaraqlılar valideyinlərinin gözü qabağında uşaqlara işgəncə verib öldürməyəbaşladılar. Sonra buldozerlərin köməyi ilə meyidləri dərəyə tökdülər. İncancildinə girmiş bu vəhşilərin ürəyi bununla da soyumadı. Onlar əynində milliordunun forması olan iki azərbaycanlı gətirdilər və vintaçanla onların gözlərinidəldilər...

AZƏRBAYCANLILARINGÖZLƏRİ ÇIXARILIRDI

Bəli,ermənilər həmin o hadisədə insanları dünyada ən şirin nemət olan göz işığındanməhrum edir, sonra qətlə yetirirdilər. Ermənilər qəsdən belə zülmü edirdilər.Doğrudan da, əgər insanı öldürəcəksənsə, onda niyə işgəncə verib gözləriniçıxarırsan?

Həsənova Fitat, Xocalı sakini. -Yazıq qadına ermənilər görün hansı işgəncəni veriblər!

Başınavurub zədələyəndən sonra əl-qolunu bağlayıb bədbəxt qadının gözləriniçıxarıblar.

Məmmədova Məhruzə, Xocalı sakini. -Yazıq qadına verilən işgəncələr daha dözülməzdir. Ermənilər qadını necə əzablaöldürüblər! Baxın, diqqət edin, bu zülmə, bu vəhşiliyə! Əvvəlcə qadının gözlərini çıxarıb, işığa həsrət qoyublar köməksizqadını. Sonra kinli ermənilərin ürəyi bununla da soyumayıb. Sonra qadınındöş vəzilərini və burnunu kəsiblər.

Məmmədova Tamara Səlim qızı. -Yazıq qadına verilən işgəncə dözülməzdir, ürəkparçalayandır. Ermənilər buzülmkarlıq və zalımlığına görə nifrətə layiqdir! Ana müqəddəsliyinə hörmət, ehtirambir yana qalsın, heç olmasa o əzablı ölümə düçar etməyəydin bu qadını! Erməniningözünü vəhşilik, qatillik pərdəsi elə tutub ki, hələ də anlamır ana müqəddəsdir,ana dünyanın, hamının anasıdır. Millətindən, irqindən asılı olmadan hamı anaya,qadına eyni ehtiramla yanaşmalıdır. Budur erməninin azərbaycanlı qadını MəmmədovaTamaraya olan "münasibəti". - Əvvəlcə bədəni güllə yarası alıb. Sonra yaralı qadına ermənilər növbəti işgəncəniverib: bədbəxtın gözlərini çıxarıb onu həyat işığından məhrum ediblər.Bununla da ürəyi soyumayan ermənilər qadının döşlərini kəsib qətlə yetiriblər.

Aslanov İqbal Bahadur oğlu. - İqbalın ölümü çoxfaciəlidir. İqbalın başına açılan oyunları sakitliklə qarşılamaq olmur. İqbalınböyük işgəncə ilə qətlə yetirildiyini təsdiq edən sənədləri həyəcansız,sarsıntısız oxumaq olmur. İqbal milli orduda döyüşürdü. Doğma torpağı Xocalınıqəhrəmanlıqla qoruyurdu. İqbal bilmirdi ki, bir gün amansız düşmən gəlibyurdunu alacaq, onu isə əzabla qətlə yetirəcək. İqbal hər gün qarşısını kəsdiyidüşmənin belə amansız olacağını, türk qanına hədsiz dərəcədə susadığını düşünməzdidə. Əgər düşünsəydi özünə qəsd edər, zalım erməni əlinə keçməzdi. Çox heyfİqbaldan. Çox heyf ki, erməni vəhşiliyinin onu bu hala salacağını fikirləşmirdidə. İnsan olan kəsin bu dəhşətləri edəcəyinə inanmırdı.

...İqbalın əvvəl gözlərini çıxartdı ermənilər.Onu dünya işığına həsrət qoydular. Sonra cinsiyyət üzvünü kəsib yandırdılar.

İgid və qəhrəman İqbal beləcə qətlə yetirildi.

YANDIRILANLAR

Ermənilərinən vəhşi cəza üsullarından biri adamları diri-diri yandırmaq idi. Azəri türkləriniyandırmaqdan böyük zövq alırdı ermənilər. Özü də yana-yana əzab çəkib öləninsanın iztirablarından rahatlanır, xoş bir əhval keçirirdilər. Yanan türkövladı idisə niyə sevinib şad olmayaydı ermənilər. Onlar ki, pis hərəkətetmirdi, öz ulu babalarının ən böyük istəyini həyata keçirirdilər. Nə idi buistək?

Azəritürklərini işgəncə ilə öldürmək. Və indi də ermənilər öz sələflərininmurdarlanmış ruhlarını şad edirdilər.

Yandırılırdıxocalılar, min bir işgəncə ilə qətlə yetirilirdi günahsızlar. Hüseynov ŞakirMustafa oğlu.

  • Şakirmilli orduda döyüşürdü. Xocalı faciəsində ermənilər onu bütövlükdə yandırıblar.

    İmani Ağayar.

  • Ağayar milli orduda döyüşürdü.Xocalı faciəsində ermənilər onu da yandırıblar.

    MəmmədovSaday.

  • Saday milli orduda döyüşür,doğma torpağını qoruyurdu. Ermənilər Sadayı da yandırıblar.

    Hüseynov Allahverdi Qulu oğlu.

  • Heç bir günahı olmayanAllahverdini də qəddar ermənilər yandırıblar.

    RəcəbovCəbrayıl Mehdi oğlu.

  • Ermənilər Xocalıya girəndə Cəbrayılıəsir alıb əl-ayağını məftillə bağladılar. sonra üstünə benzin tökübyandırdılar.

    Fərzəliyev Cahan Hümbət oğlu.

  • Ermənilər qəddarlıqla onuyandırıblar.

    KərimovFiruz.

  • Erməniləronu da işgəncə ilə öldürüb yandırıblar

QADINLARIN DÖŞLƏRİNİ KƏSİRDİLƏR

Ermənilərinəsir qadınlara olan münasibəti insan rəftarından tamam uzaq idi. Əsir Xocalıqadınlar istənilən təhqirə və şəxsiyyət alçaqlığına məruz qalırdılar. Əsir qadınlarıngözü qabağında övladını öldürür, qətlə yetirirdi ermənilər. Qadınları ən ağırişlərdə işlədir, olmazın işgəncə verir­dilər. Onların namusunu ləkələyir, ismətinətoxu­nur­dular. Bununla da bu alçaq hərəkətlərlə də sakitləşmirdi er­mənilər.Ürəklərindəki kin soyumurdu. Yazıq Xocalı qadınlarını işgəncə ilə öldürürdü ermənilər.Qadınların döşlərini kəsirdilər.

KərimovaFirəngül.

  • Döşünükəsdikdən sonra qulaqlarını kəsmişdilər. Sonra gözlərini çıxarıblar. Sonra da bədəninidoğrayıblar.

    Əzimova Dilarə Seydulla qızı.

  • Döşükəsilmiş, güllələnmişdir.

    Məmmədova Tamara Səlimqızı.

  • Döşlərikəsilmişdir. Gözləri çıxarılıb. Bədənində güllə yarası vardı.

CİNSİYYƏT ÜZVLƏRİ KƏSİLİRDİ

Ermənivəhşiliyini sübuta yetirən bir cəza üsuludur bu. Ermənilər dünyada ən qəddar vəqatil adamların belə qəbul etmədiyi vəhşi "cəza üsulunu" azərbaycanlılaratətbiq edirdilər. Köməksiz, günahsız adamları içəridən qırıb məhv edir, sonra qətləyetirirdilər.

Ermənilərəsir azərbaycanlıların cinsiyyət üzvlərini kəsirdilər.

SəlimovBahadur. Xocalı sakini.

  • Cinsiyyət üzvü kəsilmiş, sonrayandırılmışdır. Behbudova Sürəyya Yusif qızı.

  • Cinsiyyət üzvünə çoxlu gülləvurulmuşdur.

    Öldürülüb tanınmaz hala düşən çoxluxocalının cinsiyyət üzvü kəsilmişdir.

NƏZAKƏTİNFACİƏSİ

İsmayılovaNəzakət Lətif qızı. 19 yaşında. - Nəzakət əvvəl Xankəndindəyaşayırdı. 1989-cu ildə Xankəndindən qovulduqdan sonra Xocalıya gəlir. Xocalı şəhərtikiş fabrikində işləyir. Xocalı faciəsində Ağdamda olub. Nəzakət doğmaadamlarını itirib o hadisədə.

        1. Həyat yoldaşı İsmayılov Vidadivə onun başqa qohumları Xocalıda həlak olublar.

        2. Xocalını müdafiə edəndə Nəzakətindoğma qardaşı Quliyev Zakir həlak olub.

        3. Nəzakətin yaxın qohumuİsmayılov Səməndər hə­min o hadisədə meşədə donub.

          NARXANIMIN GÖZ YAŞLARI

          MəmmədovaNarxanım Heydərəli qızı. 37 yaşında. – Nar­xanım ErmənistanınBasarkeçər rayonundandır. Ailə­li­dir. 6 uşağı var. 1988-ci ildə Narxanımı ailəsivə uşaqları ilə bir­likdə Ermənistandan - öz dədə-baba yurdundan qovub­la­r.Narxanım o zaman tikilib böyüməkdə olan Xocalı şə­hə­rinə pənah gətirib. Ammabu torpaq da onun üzünə gülmədi. Bu yeri də ermənilər ona çox gördü. Fevralın25-dən 26-na keçən gecə ermənilər onların yaşadığı evi mühasirəyə alıb atəşətutdular. Atılan güllədən qonşuları Sara Yusifova və onun qızı 5 yaşlı NatəvanYusifova həlak oldu. Sonra ermənilər onların evinə qranat atdılar. Nəticədə Nəzakətinhəyat yoldaşı Məmməd Məmmədov, oğlanları Mürşüd və Əhməd yaralandılar. Bundansonra ermənilər evə soxulub onları tutub Əsgərana apardılar. Əsgəran milis idarəsindəhəyat yoldaşını, 16 yaşlı oğlu Möhləti, 7 yaşlı oğlu Söhbəti ayırdılar ondan.Sonra Narxanımın üstündə olan pulları və qızıl şeyləri tutub aldılar.Narxanımın başına gətirilən oyunlar bununla da bitmədi. Vəhşi ermənilər qadınıtəhqir etməyə başladılar. Uşaqlarının gözü qabağında qadını zorlayır, alçaldıcıhərəkətlər edirdilər. 2 gün ona bu işgəncələri verəndən sonra bir erməni ilə dəyişibəsirlikdən azad etdilər. Narxanımın həyat yoldaşı və iki oğlundan bu günə kimixəbəri yoxdur.

          ŞƏRQİYYƏNİNGÖRDÜYÜ DƏHŞƏTLƏR

          HəsənovaŞərqiyyə Fərhad qızı. 52 yaşında. - Şərqiy­yə­nin əsliXocalıdandır. 6 uşağı var. Fevralın 25-i ge­cə­sin­də ermənilərdən xilas olmaqüçün meşəyə qaçıblar. Meşədə qızı Mehribanı 3 yaşlı oğlu ilə birlikdə itirib.İndiyə kimi xə­bər tutmayıb. Naxçıvanik tərəfə çatanda onları hər yan­dan gülləyətutublar. Həyat yoldaşı Həsənov Allahverdi aya­ğından yaralanıb. Onun gözüqabağında Zamin, Şöhrət və Əlif Hacıyev həlak olublar. O faciədə Şərqiyyəqohumu Səl­tənətin və onun iki qızının, nəvəsinin də ölümünün şa­hidi olub. Ermənilər"Qaraqayada" Şərqiyyənin qardaşı Həmzəni, oğlu Etibarı və onunnişanlısı Çiçəyi vəhşicəsinə qətlə yetiriblər. Şərqiyyənin bacısı əri Məhəmmədidə orda qətlə yetiriblər. Başqa qohumu Saray da üç uşağı ilə donub həlak oldu.Sarayın xalası Bağırova Zöhrə də soyuqdan donub öldü.

          Bu faciəli ölümlərin hamısını Şərqiyyə bacı gözləriilə görüb.

          AEROPORTMİLİSİNİN GÖRDÜKLƏRİ

          Məmmədov Nizami Teymur oğlu. 22 yaşında. – Niza­mininəsli Xocalıdandır. Xocalı aeroportunda milis işlə­yir­di. 25 nəfər yoldaşı iləmayor Əlif Hacıyevin başçılığı altın­da aeroportu qoruyurdu. Fevralın 25-də ermənilərXoca­lıya hücum etdilər. Aeroportu əsas "Qaladərəsi"ndən gül­ləyətuturdular. Saat 10-dan sonra aeroportu qorumaq ar­tıq mümkün deyildi. Ona görədə Əliflə birlikdə aero­port­dakı stansiyanı partlatdılar, sonra geri çəkilib1500-ə ki­mi adamı qoruyub Ağdama aparmaq istədilər. Adamların ço­xu ayaqyalınidi. Onlar Naxçıvanik istiqamətindən adam­ları çıxarmaq istəyirdilər. Amma26-cı günü səhər tez­dən ermənilər zirehli texnikadan "Qaraqaya"istiqa­mə­tin­dən odlu güllələrlə adamları qətlə yetirdilər. Həmin o dəh­şətlianlarda Nizami çox yaxın adamını itirdi.

          1. Atası   Məmmədov Teymur ağır yaralandı.

          2. Bacısıqızı Sevda (7 yaşında) güllədən həlak oldu.

          3. BibisiHəsənova Afiqə, həyat yoldaşı Vaqif və 3 oğlu, iki qızı ilə həlak oldu.

          4. İstəklidostu Əlif Hacıyev də orda həlak oldu.

            Ölənlərin sayı yüzlərlə idi. Nizami 30-ayaxın adamla böyük əziyyətlər çəkib, Ağdamın Şelli kəndinə gəlib çatdı.

             

            TALEHİNDƏRDİ BÖYÜKDÜR

            Orucov Taleh Əli oğlu. 21 yaşında. - ƏsliErmənis­tan­dan­dır. 1988-ci ilin iyulunda doğma yaşayış yerini məcburi tərkedib. Böyük çətinliklərdən sonra Xocalıda yurd salıb­lar. Ermənilər Xocalıyahücum edəndə ailə üzvləri və qo­hum­ları ilə birlikdə qonşuları Cəmilənin zirzəmisindəgiz­lə­niblər. Gecə milli ordudan mayor Tofiq gəlib və tezliklə şə­hərdənçıxmağı lazım bilib. 40 nəfərə kimi adam meşəyə gir­mək istəyəndə erməniləronları tutublar. Ermənilərin əsiraldıqları 40 adamdan 15-ni elə orda Talehin gözü qa­bağında güllələyiblər.

            1. Qardaşı arvadı Orucova Məleykəvə onun qızı Natəvanı.

            2. Məleykənin   on beş yaşlı bacısı Məlahəti.

              3.Nazimi, Kifayəti, Bəhramı, Muğanı, onun bacısı Simuzəri, anasını Talehin gözüqabağında güllələyiblər.

              Ermənilər bir çox "könüllü"nünbaşını elə orada, onların yanında kəsiblər. Qalan adamları isə Stepanakertəaparıblar. Ermənilər Talehin gözü qabağında anasına əzab verib, qızıl dişlərinisöküblər. Sonra anasını, onu və 12 yaşlı bacısını əsirlikdən buraxıblar. Atası Əli,qardaşları Nəbi və Famil hələ də ermənilərin əlində əsirdir.

                                              BƏSTİNİNÖLƏN QARDAŞI

Bəndəliyeva Bəsti Məşədi qızı. 38 yaşında. Əsli Xocalı­dandır. 3 uşağı var. - Fevralın25-də ermənilər hər yan­dan onların evini atəşə tutdular. Atılan mərmilərdənbiri həyətlə­rindəki "Moskviç"i yandırdı. Sonra düşən mərmi­dən evləryandı. Məcbur olub, meşəyə qaçdılar. Yolda min­dən çox adam gördülər. QardaşıDavud və Əlif Hacıyev də orda idi. Səhəri günü ayın 26-da Naxçıvanik tərəfəçatanda ermənilər camaatı qırmağa başladı. Həyat yoldaşı Zakir itkin düşdüorda. Bəsti qardaşı Davuddan xahiş etdi ki, ermənilərin əlinə düşməmək üçün onugüllələsin. Lakin qardaşının ürəyi gəlmədi və doğma bacısına təskinlik verdi. Bəstiçox ölümlər gördü orda. Əlif Hacıyev, Zərifə, Zöhrə, Rəşid, Ramil həlak oldularonun gözü önündə. Hələ bu tanıdığı adamlar idi. Bəsti bir təhqiredici hadisə dəgördü orda: ermənilər 16 yaşlı bir qızı saçından sürüyüb harasa aparırdılar. Bəstigilçətinliklə Ağdamın Şelli kəndinə çatdılar. Qardaşı Davud geri qayıtdı ki,adamlara kömək etsin. Davudu orda öldürüb ermənilər. İkinci qardaşı Şahini Dəhrazdagirov götürüblər və indiyə kimi bir xəbər yoxdur. Üçüncü qardaşı Cavanşir həyatyoldaşı Bənövşə ilə xəstəxanada müalicə olunurlar. Qardaşı qızı iyirmi yaşlıHeyrananı iki uşağı ilə birgə ermənilər öldürüblər. Heyrananın təkcə 7 yaşlıbir oğlu salamat gəlib çıxıb.

ŞİKARINATASINI ÖLDÜRDÜLƏR

Hüseynov Şikar Mürşüdoğlu. 32 yaşında. Evlidir. Üçuşağı var. - Hadisə başlayanda Şikar həmyerliləri ilə birlikdə Abdal-Gülablı kəndiistiqamətinə getdilər. Amma ermənilər gördü onları. Hər yandan üstlərinə yağışkimi güllə yağmağa başladı. İki nəfər yaralandı, ikisi həlak oldu. Şikarqardaşı ilə gəlib Abdal-Gülablıya çatsa da orda dayanmadı. Geriqayıdıb yaralıları daşımağa başladı. Onların dəstəsində olan iki yüzə yaxınadamdan 40 - 50-si sağ qalmış, qalanı həlak olmuş, ağır yaralanmışlar. Şikaröyrəndi ki, Şelli istiqamətində atası Hüseynov Mürşüd həlak olub. Bacısınınyoldaşı Əliyev Əbülfət də nahaqcasına qətlə yetirilib. Bacısı Heyran və həyatyoldaşı Firdovsi Əliyev, uçaqları Elçin və Elgizdən isə heç bir xəbər yoxdur.Yalnız bir bacısı oğlu - Əliyev Mehdi çətinliklə də olsa Ağdama gəlib çatıb.

ELDARIN QIZINI ÖLDÜRDÜLƏR

HümbətovEldar Şükür oğlu. 52 yaşında. 11 uşağı var. - Eldar Xankəndindəyaşayırdı. 1988-ci ildə ermənilər onu Xankəndindən qovub. Min bir çətinlikdənsonra gəlib Xocalıda yaşayırdı. 20 adamla birlikdə gəlib Abdal-Gülablı kəndinəçıxıblar. Başqa dəstədə olan qohumlarını isə ermənilər Dəhraz yaxınlığında qətləyetiriblər, girov tutublar. Qızı Hümbətova Anaxəti və arvadının bacısı KərimovaFirəngizi ermənilər öldürüb. Oğlu Hümbətov Hümbəti əlindən yaralayıblar.Bacısının əri Zeynalov Tofiq üç qardaşı ilə itkin düşüb. İndiyə kimi bir məlumatalınmayıb.

QARDAŞ BACILARININ MEYİDİNİAXTARIR

İmanovHəsən Səfər oğlu. 50 yaşında. - Həsən Ağdam aeroportunda dispetçer işləyirdi. Xocalıdaçoxlu qohumu yaşayırdı.Xocalı faciəsini eşidən kimidoğmalarını soraqlamağa başladı.Qaraqaya istiqamətində doğmabacısı Mahmudova Rozanın və onunoğlu Akifin meyidinitapdı. O biri bacısı Dilarə də6 yaşlı oğluilə birgə meşədəöldürülmüşdü.Başqa bir qohumuZeynalova Çiçəyi tikə-tikə doğramışdılar. QohumlarıƏzimov Həsənbalavə onun arvadı Pərvanənin, dayısınəvəsi 6 yaşlı Aynurun meyidiniözü gətirdi Ağdama.

ŞAHMAR KİŞİ BACIHƏSRƏTİNDƏ

Əliyev Şahmar Əliabbas oğlu. 61 yaşında. 8 uşağı var. - Fevralın 25-də ermənilərXocalıya hücum edəndə Şahmar 400-ə yaxın adamla Kətik istiqamətinə getdi. 4 günmeşədə qaldı. Çoxlu ölənləri, soyuqdan donanları öz gözləri ilə gördü. Meşədəermənilər onun istəkli bacısı Vəliyeva Zəhranı öldürdülər. Şahmarın yanındatanışı Səfərəli və Səlimə 3 nəvəsi ilə donub öldülər. Şahmargil 4 gün meşədəqaldıqdan sonra Dəhraz kəndinə doğru getdilər. Dəhrazda ermənilər onları əsiraldılar. Kəndə gətirib bütün qiymətli şeylərini götürdülər. Özünü sonraburaxdılar. Şahmar kişi bacısının meyidini aparmaq üçün ermənilərə 10 min manatpul verdi. Şahmar kişinin oğlu Kamil isə yaralı vəziyyətdə Bərdədə yatırdı.

BACI QARDAŞLARINIGÖZLƏYİR

Əliyeva Yeganə Hüseyn qızı. 29 yaşında. - Fevralın 25-də ermənilər Xocalıya hücum edəndəYeganə anası, qardaşı Lətif və Lətifin həyat yoldaşı Sevillə birgə ikinciqardaşı Məmmədov Sadayın evinin zirzəmisində gizləndilər. Səhərə kimi qaldılarorda. Sonra zirzəmidən çıxdılar. Çünki ev yanırdı. Birlikdə Qarqar çayına tərəfgetdilər. Çayı keçmək istəyəndə ermənilər onları tutdular. Güllə ilə vurubSadayı yaraladılar. Lətifin yoldaşı Sevili isə öldürdülər. Onu, anasını vəqardaşı Lətifi Xankəndinə apardılar. Stepanakertdə onları avtobusdasaxlayırdılar. Çörək vermir, başlarına min bir oyun açırdılar. 4 gün burdasaxlayandan sonra hərbi maşına mindirib "Qırmızı bazara" apardılar.Füzuli rayonunda saxlanılan bir neçə erməni əsiri ilə onları dəyişdilər. Yeganəbu günə kimi də qardaşı Lətifdən və Sadaydan bir xəbər almayıb.

ZOYAXANIM OĞLUNDAN XƏBƏRSİZDİR

Əliyeva Zoya Əli qızı. 36 yaşında. - Ermənilər şəhərə hücum edəndə Zoya anasıƏliyeva Çiçək və qardaşları Rüfət, Əbülfət, oğlu Ülfətlə meşəyə qaçdılar. 150-yəyaxın adamla üç gün meşədə dolaşdılar. Meşədə Zoyanın yanında Əhmədova Dünya vəonun bacısı Gülxar donub həlak oldular. Ermənilər onları tutmaq istəyəndə HəsənovMehdi adlı bir tələbə oğlan atışmağa başladı. Mehdi ermənilərə əsir düşmək istəmirdi.Onu vurub güllə ilə öldürdülər. Mehdi ilə birlikdə Nadir adlı bir oğlan vəZahirə adlı bir qadın da öldülər atışmada. Onları tutub Dəhraza gətirəndənsonra aralarından 11 nəfər oğlanı seçib ayırdılar. Onların arasında Zoyanınoğlu Ülfət də vardı. Zoya bu günə kimi də oğlundan xəbər tutmayıb. Yalnız bir dəfəeşidib ki, sevimli oğlu Əsgəranda girov saxlanılır. Zoyanın dərdi bununla dabitmir. Anası Əliyeva Çiçək, babası doxsan yaşlı Savalan kişi meşədə qalıblar.Öldü-qaldılarından bir məlumat yoxdur hələ.

ASLANINAĞRISI

Zeynalov Aslan Bəhram oğlu. 61 yaşında. 7 övladı var. - Ermənilər Xocalıya girəndəAslan kişi ailə üzvləri ilə birlikdə Əsgəran istiqamətindəki meşəyə qaçdı. Birmüddət orda qalandan sonra Dəhraz tərəfə gəldilər. Orda çoxlu adamla birlikdəmühasirəyə düşdülər. Atışmada həyat yoldaşı Sayalını və qızı Validəniyaraladılar. Milis işçisi Yunis Rəşid oğlunu isə Aslan kişinin gözü qabağındaöldürdülər. Çoxları ağır güllə yarası aldı o döyüşdə. Yaxın qohumu Şəmilinmeyidini çətinliklə Ağdama gətirdi Aslan kişi. Amma oğlu Nadirdən dəqiq məlumatıyoxdur. Dəhrazda ermənilər tərəfindən öldürüldüyünü eşidib. Lakin ata inanmıroğlunun ölümünə.

TEYMURUNQƏM YÜKÜ

Məmmədov Teymur İxtiyar oğlu. 55 yaşında. Beş övladı var. - Ermənilər Xocalıya hücum edəndəo da ailəsi ilə birgə Kətik tərəfə qaçdı. Dəstədə minə qədər adam vardı. Ermənilərhər yandan onları atəşə tuturdular. Sabahı günü Ağdamın Şelli kəndinə keçməkistədilər. "Qaraqaya" deyilən yerə çatanda yenə adamları atəşətutmağa başladılar. Ölənlərin sayı-hesabı yox idi. Teymur kişinin 7 yaşlı nəvəsiSevinc həlak oldu. Həyat yoldaşının bacısı Afiqə, üç oğlu və həyat yoldaşıVaqiflə qətlə yetirildilər. Qızı Mətanətin qaynatası Zəkəriyyə və onun həyatyoldaşı Şura, oğlu Taleh, bir yaşlı nəvəsi Seymur, qızı Zərifə iki yaşlı qızıilə Teymurun gözü qabağında öldürüldülər. Teymur özü isə çətinliklə gəlibAğdama çatdı.

 

RİZVANINANASI YANINDA DONDU

Hüseynov Rizvan Ramiz oğlu, 25 yaşında. - Ermənilər Xocalını tutanda biz baş götürüb Kətiktərəfə meşəyə qaçdıq. Yanımızda 200-ə qədər adam vardı. Fevralın 27-də gecə meşəninsoyuğuna və şaxtasına dözə bilməyən Rizvanın anası Şərqiyyə arvad donub öldü.Meşədən çıxmaq məqsədi ilə Dəhraz istiqamətinə üz tutdular. Dəhrazda ermənilərhər yandan onlara atəş açdılar. Rizvanın gözü önündə Mehdi, Zəhra, Bəbir vəçoxlu balaca uşaq həlak oldu. 150-ə yaxın adamı ermənilər girov götürdü.Onların arasından 12 nəfər Milli ordu formalı oğlanları seçib harasa apardılar.Aparılanlar arasında Rizvanın qardaşı Siyavuş, bacısının əri Zakir, Zakirinqardaşı Əliyar da vardı. Ermənilər bütün gecəni qalan əsirləri qarın üstündə,açıq havada saxladılar. Fevralın 28-də onunla birlikdə daha 35 nəfəri də dəyişibburaxdılar. Rizvan indiyə kimi qardaşı Siyavuşun və başqa qohumlarının taleyindənnigarandır.

ÖVLAD DAĞI YAMANDIR

Quliyev Qaryağdı Soltan oğlu. 47 yaşında. 7 övladı vardı. - Hadisə başlayanda o öz ailəsivə həyat yoldaşının bacısı uşaqları ilə birlikdə Kətik tərəfə - meşəyəqaçdılar. Meşədə 500-ə kimi adam vardı. Dəhraz istiqamətinə çıxanda ermənilər həryandan atəş açdılar. Çoxlu ölən oldu. Sonra başqa istiqamətə üz tutdular.Qardaşı Tahir yolda soyuqdan dondu. Özü çətinliklə gəlib Abdal- Gülablıyaçatdı. Sabahı günü gedib qardaşının meyidini gətirdi. Abdal-Gülablıda Qaryağdıkişi çox dəhşətli məlumatlar aldı. Öyrəndi ki, 12 yaşlı qızı Rəvanə, 9 yaşlıNuranə, 7 yaşlı oğlu Şükür həlak olublar. Qaynı Sədaqətin 12, 4 və 7 yaşındaqızları donub ölüblər. Qaryağdının həyat yoldaşı Quliyeva Sara və qohumu KərimovRəşid haldan düşdüklərinə görə meşədə qalıblar.

 

İRADƏNƏLƏR SÖYLƏYİR?

Ələsgərova İradə Rəşid qızı. 27 yaşında. - Fevralın 25-i gecəsi ermənilərin əlinə düşməməküçün anası Şərqiyyə, bacısı Həlimə dörd uşaqla evin zirzəmisində gizlənmişdilər.Amma evlərinin lap yaxınlığında erməni dilində danışıq eşidirdilər. Qorxudanqaçıb qonşudakı zirzəmiyə doluşdular. Az keçməmiş oraya 2 əli avtomatlı ermənidaxil oldu. Ermənilər onların bütün pullarını və qızıllarını tutub aldılar.Sonra onları mağazanın yanına apardılar. Mağazanın yanında əsir tutulmuş çoxluadam vardı. Ermənilər onları götürüb Stepanakertə apardılar. 4 gün internat məktəbinbinasında saxladıqdan sonra onları Əsgəran rayon Milis İdarəsinə gətirdilər.Martın 1-də onları dəyişib Ağdama buraxdılar. İradə məhz Ağdamda başlarına gətirilənfaciələrin, qırılan qohumlarının dərdini, həmyerlilərin ağrısının böyüklüyünü başadüşdü. Öyrəndi ki, qardaşı Murad iki uşağı ilə meşədə donub. Uşaqlarındanbirinin 4, digərinin 2 yaşı vardı. Hər üçünün meyidini gətirib Ağdamdabasdırdılar. Danışırdılar ki, Muradın bütün qızıl dişlərini ermənilər yarıbçıxarıbmış. İradənin bacısı əri Hüseynov Çingizdən isə bu günə kimi bir xəbəryoxdur. Bəziləri onun girovda qaldığını söyləyirlər.

                                       ŞAHİNİNGÖRDÜKLƏRİ

Heydərov Şahin Zülfüqar oğlu. 36 yaşında. Əsli Xocalıdandır. Bərdədə yaşayır. - Hadisəbaş verəndən iki gün sonra Ağdama gəlib meyidxanada qohumlarını axtardı.Meyidxanada xalasının - Səfərova Pərinin meyidini tapdı. Xalası başından qəlpəyarası almışdı, ayağının biri isə kəsilmişdi. Fevralın 29-da Şahin tanışları ilə"Qaraqaya" tərəfə meyid gətirməyə gedib. Naxçıvanik kəndindən çox daaralı olmayan bu yerdə o 80-ə yaxın meyid görmüşdü. Meyidlər qorxulu bir vəziyyətəsalınmışdı: Hamısının başı kəsilmişdi. Milis mayoru Əlif Hacıyevin də meyidiniorda görmüşdü. Yaxın qohumlarından Səlimov Fəxrəddinin, Sə­limov Mikayılınmeyidini görmüşdü. Mikayılın bə­də­nin­də şişlə yandırılmış 100 yanıq yerivardı. Onlar həmin gün Ağdama 80-ə yaxın meyid daşıdılar. Meyidlərin ço­xun­daşişlə yandırılmış izlər vardı. Milli ordu formasında olan 3 meyidin isə başı bədəndənkəsilib atılmışdı. Onların şəx­siyyətini müəyyənləşdirmək qeyri-mümkün idi.

CAMALIN DEDİKLƏRİ

Heydərov Camal Əbdülhüseyn oğlu. 57yaşında. - Xocalıda onunqardaşı Lətif yaşayırdı. Lətifin 8 uşağından 3-ü həmin gün Xocalıda idi.Fevralın 28-də Camal bir çox tanışı ilə Şelli istiqamətindən meyidləri gətirməyəgetdi. Amma ermənilər imkan vermədilər. Nəhayət, fevralın 29-da"Qaraqaya" deyilən yerdən meyidləri daşımaq müm­kün oldu. Təxminənordakı fermanın iki kilo­metr­li­yin­də çoxlu meyid vardı. Bəzi qadınlarqucağında uşaq öldü­rülmüşdü. Meyidlərin bəziləri isə hiss olunurdu ki, ye­ni­cəqətlə yetiriliblər. Bir çox uşağın sinəsini yarıb, ürə­yini parçalamışdılar.Meyidlərin çoxu isə tikə-tikə doğ­ran­mış­dı. Yaxın qohumu Zöhrənin də meyidiniburda tapdı. Zöh­rə milli ordu paltarında idi. Zöhrənin ayağının biri kə­sil­mişdi.Alnından güllə ilə vurmuşdular. Camal son­radan qardaşı Lətifin də acı taleyiniöyrəndi. Lətifi ermənilər Xo­calıda öldürmüşdülər

BƏKİR DƏRDDƏN YANIR

Məmmədov Bəkir Şükür oğlu. 55 yaşında. Əsli Xocalıdandır. - Xocalı qırğınında Bəkirində ömrünə iti baltalar vurulub. İtirdiyi yaxın adamlarının ölümü ona böyük dərdgətirib. Bəkirin qardaşı Vaqifi, arvadı Afiləni, 3 oğlunu - Azəri [19yaş],Ceyhunu [17 yaş], Nizaməddini [15 yaş] Əsgəranda ermənilər öldürüb. O biriqardaşı Oktay itkin düşub. Qaynatası Məhəmməd, qaynanası Bağdad Xocalıdaöldürülüblər. Qayınları Səfər və Əşrəf girov düşüblər. Dayısı Əliyev Əyyub Əsgəranda"Uzundərə" deyilən yerdə öldürülüb. Bəkirin o biri qardaşı Şakirinqaynı Əbülfət və qaynatası Rəşid ermənilər tərəfindən öldürülüb. QardaşıVidadinin qaynatası da öldürülüb. Qardaşı Vaqifin qaynı Həsən, Həsənin həyatyoldaşı və beş uşağı itkin düşüb. Xalası oğlunun yaxın qohumu Firdovsini də erməniləröldürüb.

Bufaktlar bir daha erməninin kafirliyini, zalımlıq və qəddarlığını sübutayetirir.

                Xocalı qətliamınınqısa xronikası

 

  • RİZVANIN ANASI YANINDA DONDU

  • ON İKİGÜN MEŞƏDƏ

  • ANA BALASINI BOĞUR...

  • AEROZOLİÇƏN QADIN

 

 

 

Xocalı soyqırımı zamanı

tamamiləməhv olmuş ailələr

 

1

Məmmədov Vaqif Şükür oğlu

ata

1940

2

Məmmədova Afilə Ibrahim qızı

ana

1949

3

Məmmədov Azər Vaqif oğlu

oğul

1972

4

Məmmədov Ceyhun Vaqif oğlu

oğul

1975

5

Məmmədov Niyaməddin Vaqif oğlu

oğul

1978

 

1

Kərimov Samran Soltan oğlu

ata

1924

2

Kərimova Firəngül

ana

1935

3

Kərimov Firuz Samran oğlu

oğul

1960

4

Kərimov Soltan Samran oğlu

oğul

1969

 

1

Əliyev Firdovsi İsa oğlu

ata

1956

2

Əliyeva Heyran Mürşüd qızı

ana

1962

3

Əliyev Elçin Firdovsi oğlu

ooğul

1982

4

Əliyev Elgiz Firdovsi oğlu

oğul

1984

 

1

Qənbərov Qarsalan Gəray oğlu

ata

1939

2

Qənbərova Validə Boran qızı

ana

1941

3

Qənbərov Nadir Qarsalan oğlu

oğul

1971

 

1

Qənbərov Səfər Qarsalan oğlu

ata

1961

2

Qənbərova Mətanət Hacı qızı

ana

1967

3

Qənbərov Emin Səfər oğlu

oğul

1986

4

Qənbərova Esmira Səfər qızı

qız

1985

 

1

Hüseynov Mirsiyab Həzrətqulu oğlu

ər

1922

2

Hüseynova Minəş Cümşüd qızı

arvad

1934

 

1

Həsənova Günəş Əbdül qızı

ana

1910

2

Həsənova Qətibə Mirsiyab qızı

qız

1951

 

1

Hüseynov Hüseyn İsmayıl oğlu

ata

1934

2

Hüseynova Əziz Alış qızı

ana

1956

3

Hüseynov Xoşbəxt Hüseyn oğlu

oğul

1963

4

Hüseynov Tacir Hüseyn oğlu

oğul

1972

5

Hüseynova Nəsibə Hüseyn qızı

qız

1982

 


 


HOCALI OLAYLARI 26. YILINDA

26 Şubat 1992tarihli Hocalı olayları 27 Şubat 2016 günü saat 13.00 te derneğimiz merkezinde Genel Sekreter Tuncer KIRHAN'ı sunumu  ile yapılacaktır

Katılımınız dileriz

RESULZADE 132. YAŞINDA ANILDI

Azerbaycan Cumhuriyeti’ninkurucusu Mehmet Emin RESULZADE doğumunun 132. Yıldönümü olan 31 Ocak 2016 Pazargünü Ankara Cebeci Asri mezarlıktaki anıt mezarı başında anıldı. AzerbaycanKültür Derneği tarafından organize edilen anma töreni Saat:13.30’da başladı.Törene dernek üyeleri, Kuzey ve güney Azerbaycanlı Üniversite öğrencileri büyükilgi gösterirken,  dernek Genel Başkanı Cemil ÜNAL yaptığı konuşmada şöyle dedi.                 

 Değerli katılımcılar,

 Bugün AzerbaycanMilli Devletinin kurucusu Mehmet Emin RESULZADE’nin doğumunun 132. Yılıdır.

Yaşadığı 71. Yılın tamamı, Azerbaycan’da ve Muhacerette Azerbaycan’ın geleceği ve İstiklali için fedaedilmiştir.

Vatanı ve Milleti için ailesini,en mukaddes varlığını dahi kurban vererek, Vatanseverlik numunesi olanM.E.RESULZADE, 61 Yıl evvel aramızdan ayrılmasına rağmen, onun kurduğu Ocak veMüsavat Partisi aynı yolda, aynı azimle mücadelesini sürdürmektedir.

Azerbaycan, 20 yıldan fazladırbabadan oğula devreden Hanedanlık sistemiyle idare edilmektedir. Dünyanınhiçbir demokratik ülkesinde böyle bir idarenin mevcudu olmadığı gibi busistemin Azerbaycan’a, Azerbaycan’ın geleceğine ve halkına bir faydasağlamadığı görülmektedir.

Bu gün  Azerbaycan, maalesefsiyasi ve ekonomik yönden bir çıkmazın içerisine sürüklenmektedir.

Bir taraftan işgal edilen Karabağunutulmuş, yüzbinlerce kaçkın kendi kaderine terk  edilmiş, geleceğe dönükciddi bir üretimi olmayan ülke, dünya ekonomisi içerisinde önemli yertutan  ve Azerbaycan’ın tek gelir kaynağı olan Petrol fiyatlarındaki düşüşkarşısında çaresizlikle karşı karşıya kalmıştır.

Senelerden beri şahıslar ve ailevigelenekler içerisinde bölüşülen devlet gelirleri halka çatmadan birilerinincebine girmektedir.

Artık Azerbaycan uyanmalıdır.Yasaların, hukukun kendilerine tanıdığı haklar çerçevesinde demokratikyollarla, geride kalan 20 yılın hesabını ilgililerinden sormalıdırlar.

Mesuliyet taşıyanlar, kendilerine,ailelerine ve yakınlarına ait meşru yolla kazandıkları servetlerinin kaynağınıaçıklamalıdırlar.

Mevcut idarenin ve uygulanansiyasetin Azerbaycan’ı çıkmazdan kurtarması mümkün değildir.

Azerbaycan’ın morale, güvene vetaze bir kana ihtiyacı vardır. Bunun tek yolu Parlamento ve Devlet Başkanlığıseçimlerinin yenilenmesi ve seçimlerin eşit şartlarda yapılmalı ve Azerbaycangerçek manada millet idaresine dayanan ve halkın seçeceği temiz ellere teslimedilmelidir.

67 Yıllık tarihi bir geçmişi olanAzerbaycan Kültür Derneği, kutsal bir ocak olarak Müsavatçılık yolundahizmetine devam etmektedir. Tek arzumuz Azerbaycan’ın ve ülke insanınıgeleceğinin aydınlık olmasıdır.

Azerbaycan Cumhuriyeti’ninkurucusu Mehmet Emin RESULZADE’yi Doğumunun 132. Yılında saygıyla anıyoruz.Ruhu şad mekanı cennet olsun…

 


Mehmet Emin RESULZADE 132 yaşında

Mehmet Emin RESULZADE

Azerbaycan tarihinin mümtaz siması ölümsüz lider Mehmet Emin Resulzade 132 yaşında koyduğu ideoloji ve ilkelerleölümsüzleşmişken, onun yolunda gidenler adına kabri başında toplanan ve kendikurduğu ocak olan Azerbaycan Kültür Derneği yöneticileri ve sevenleri  onu132. Yaşında kabri başında andı.

19.yüzyılın sonlarında 1 Şubat 1884 tarihinde doğan ve 20.yüzyılın başlarında demokratik milli bir cumhuriyet kuran Mehmet EminRESULZADE’yi doğumunun 132. Yılında sevgi ve saygı ile anıyoruz.

O  ulusuna yönverirken arkadaşlarıyla çıktığı çağdaşlık yolunda milli  şuurla yaratmak istediği  millet ve milli devletçiliği uzun ve kararlıbir mücadele ile sonuçlandırırken Azerbaycan Türklerinin milli ve ebedi lideriolur.

Onun 28 Mayıs 1918 tarihinde kurduğu Milli AzerbaycanCumhuriyeti’nin bayrağında yer alan üç renk; Türk milli kültürünü, inancını vedemokratik  kültürünü yansıtmaktadır.

 Günümüzde daha çok özlenen ve evrensel olan milli ideolojinin kurucusu ve çağdaşbir lider olan Resulzade'nin ilkeleri ebediyete kadar devam edecektir.


20 ocak anması yapıldı

AzerbaycanKültür Derneği 20 Ocak 1990 tarihinde Azerbaycan'ın beşkenti Bakü'de SovyetKızıl Ordusu ve Yerli işbirlikçileri tarafından yapılan katliamın 26Yıldönümünde dernek merkezinde anma toplantısı düzenledi.

Toplantı Dernek GenelBaşkanı Cemil ÜNAL'ın kısa bir açış konuşması ve akabinde Azerbaycan'da,Kırım'da, Irkak'ta, Suriye'de, Çenistan'da ve diğer bölgelerde özgürlükmücadelesi vererek şehit düşen Türklerin azizi ruhları için bir dakikalık saygıduruşundan sonra,

 Dernek Genel Başkan Yardımcısı Oktay EROL 20 Ocak 1990 Bakükatliamı ile ilgili detaylı bilgi aktardı. Toplantıda Hanlar Koca Karabağisimli şiirini okudu. Dernek Genel Başkanı Cemil ÜNAL Azerbaycan'da yaşanangüncel olaylarla ilgili katılımcılara geniş bilgi aktardı ve 20 Ocak Şehitlerisaygıyla anıldı.

 


1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20  21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  

Ebülfez Elçibey

Mehmetçik

ANKARA

Hürriyet Sabah Milliyet
Star Cumhuriyet Radikal
Yeni Şafak Türkiye Vatan
Akşam Zaman Posta